Tədqiqatın məqsədi - biznes subyektləri arasında yaradılan tərəfdaşlıq münasibətlərinin bazar nümayəndələrinin fəaliyyətinə təsirinin təkmilləşdirilməsi və Azərbaycanda logistika sisteminin formalaşmasında dövlət biznes tərəfdaşlığının xüsusiyyətləri, eləcə də logistika sisteminin səmərəli fəaliyyətinin təmin olunmasıdır.
Tədqiqatın metodologiyası - müşahidə, tədqiqat işində təhlil, statistik təhlil, müqayisə və kimi iqtisadi üsullardan istifadə olunmuşdur.
Tədqiqatın tətbiqi əhəmiyyəti - məqalədə aparılan təhlillər nəticəsində verilən təklif və tövsiyələr görüləcək biznes strategiyalarının hazırlanmasında, tərəfdaşlıq sazişlərinin pozul-ması üzrə qaydalarda, nəqliyyat logistika sisteminin dövlət-biznes əməkdaşlığına cəlb olunması məsələlərində öz əksini tapmışdır ki, bu istiqamətdə həyata keçiriləcək innovativ layihələrin hazırlanmasında istifadə oluna bilər.
Tədqiqatın nəticələri - məqalədə göstərilən proseslər nəqliyyat logistika sisteminin dövlət-biznes əməkdaşlığına cəlb olunması məsələlərində, tərəfdaşlıq münasibətləri üçün vacib şəraitin qurulması prosesində, Azərbaycan Respublikasının logistika sahəsinə investisiyaların cəlbediciliyin artmasına köməklik göstərəcəkdir.
Tədqiqatın orijinallığı və elmi yeniliyi - logistika sisteminin formalaşmasında dövlət-xüsusi biznes tərəfdaşlığının xüsusiyyətləri, Azərbaycan Respublikasının xarici iqtisadi əla-qələrinin, eləcə də logistika sisteminin səmərəli fəaliyyətində tərəfdaşlıq münasibətlərinin təmin olunması baxımından vacibliyi. Tədqiqat zamanı nəqliyyat logistika sistemində dövlət-özəl sektor əməkdaşlığı beynəlxalq və milli proyektlərin icra edilməsi üçün dövlət və biznes arasında yaranan institusional və təşkilati qurum kimi araşdırılmış və əsas xüsusiyyətlər müəyyən edilmişdir.
Açar sözlər: biznes, dövlət-biznes tərəfdaşlığı, dövlət-özəl sektor, sahibkarlıq, logistika sistemi, logistik xidmətlər, təchizat zənciri, investisiya.