KORPORATİV İDARƏETMƏDƏ MODEL FƏRQLİLİYİ VƏ MÜQAYİSƏLİ QİYMƏTLƏNDİRMƏ

Tədqiqatın məqsədi - korporativ idarəetmə sistemində tətbiq edilən modelləri təhlil edib qiymətləndirməkdən ibarətdir.

Tədqiqatın metodologiyası - tədqiqat işində təhlil-qiymətləndirmə, müqayisəli yanaş-ma, model yanaşma, ümumi yanaşma və s. metodlar tətbiq edilmişdir.

Tədqiqatın tətbiqi əhəmiyyəti - iqtisadiyyatda dayanıqlı inkişafın təmin edilməsi baxı-mından korporativ idarəetmənin tətbiqi iqtisadi səmərəliliyi artıran addımlardan hesab olunur. Bu baxımdan müxtəlif idarəetmə modellərini qiymətləndirməklə biz Azərbaycan iqtisadiyyatı üçün effektli olan modeli müəyyən edə bilərik.

Tədqiqatın nəticələri - tədqiqat nəticəsində korporativ idarəetmənin üstünlüklərini vur-ğulamaqla onun iqtisadi səmərəliliyini göstərmiş, tətbiqi imkanlarını qiymətləndirməklə müvafiq tövsiyə və təkliflər irəli sürülmüşdür ki, bu da özəl və dövlət sektoru arasında əmək-daşlığın artırılmasında istifadə edilə bilər.

Tədqiqatın orijinallığı və elmi yeniliyi - korporativ idarəetmə sisteminə aid olan mo-dellər təsnifləşdirilmiş, onların üstünlükləri qiymətləndirilmiş, tətbiq imkanları dəyərləndiri-lərək müəyyən edilmişdir.

Açar sözlər: korporativ idarəetmə, idarəetmə modelləri, Azərbaycan iqtisadiyyatı, iqti-sadi subyektlər, səhmdarlar.

 

https://doi.org/10.59610/bbu2.2023.2.12

Fayl

PDF

Buraxılış

№2 - 2023

Müəllif

Mustafayev Asif Mirlazım oğlu