Tədqiqatın məqsədi - yeni reallıq nöqteyi-nəzərindən dayanıqlı turizmin inkişafı məq-sədlərinə uyğun tövsiyələr hazırlamaqdır.
Tədqiqat metodologiyası - müqayisəli və sistemli təhlil, statik metod, empirik sübut, məntiqi ümumiləşdirmə metodu.
Tədqiqatın tətbiqi əhəmiyyəti - məqalədə təklif olunan nəticə və tövsiyələrdən turiz-min səmərəli davamlı inkişafı məqsədi ilə turizmlə məşğul olan şirkətlər, firmalar və sahib-karlar tərəfindən istifadə oluna bilər. Bundan əlavə, hazırlanmış tövsiyələrin ixtisaslaşdırılmış kadrların hazırlanması və təkmilləşdirilməsi üçün təlim proqramlarına daxil edilməsi vacibdir.
Tədqiqatın nəticələri - müasir cəmiyyətin qlobal rəqəmsallaşmasının mühüm xarak-terik xüsusiyyətlərindən biri kimi dayanıqlı turizmin inkişafı konsepsiyasına iqtisadi, sosial və ekoloji komponentlərlə yanaşı, informasiya-kommunikasiya komponenti də əlavə olunması təklifi konkretləşdirilib və elmi əsaslandırılıb.
Tədqiqatın orijinallığı və elmi yeniliyi - dayanıqlı turizmin inkişafı İndeksinin onun mühüm göstəricilərindən biri kimi təqdim olunması, cari qlobal ekoloji və sosial problemlərin qiymətləndirilməsinə, dayanıqlığın təmin edilməsində innovativ üsullara diqqətin yönəldilmə-sindən ibarətdir. Sosial şəbəkələrin məsafə və turizm məhsullarının təbliği, habelə turistlərin maraq və istəklərinin formalaşdırılması üçün ən müasir informasiya həlləri kimi artan rolu elmi cəhətdən əsaslandırılmışdır.
Açar sözlər: turizm, davamlı inkişaf, rəqəmsallaşma, informasiya və kommunikasiya dəstəyi, infrastruktur, iqtisadi canlanma, komponentlər.