Müasir dövrdə ölkələrin inkişaf səviyyəsi iqtisadi meyarlarla yanaşı, həm də onun təhsil sistemindəki vəziyyət və mövcud kadr potensialı ilə də ölçülür. Bu da təsadüfi deyil. Çünki hər bir ölkədə gedən bütün mənfi və müsbət proseslər insan amili ilə sıx əlaqədardır. Hər-tərəfli və davamlı inkişafın etibarlı yolu elm və təhsilə daha çox diqqət və qayğı göstəril-məsindən və onun müasir dünya standartlarına uyğun təşkilindən keçir. Ona görə də qabaqcıl dövlətlər özlərinin inkişaf səviyyələrini qoruyub saxlamaq və yeni hədəflərə doğru irəliləmək üçün bu sahəyə birinci dərəcəli əhəmiyyət verirlər.
Ali təhsil sistemində islahatların aparılması, təlim praktikasında innovasiyaların tətbiqi ali məktəblərdə təhsil və elmi işlərin yüksək səviyyədə aparılmasına, elmi potensialın gücün-dən səmərəli istifadə olunmasına müsbət təsir göstərdi. Ulu Öndər həmişə qloballaşan cəmiy-yət yaratmaqla bağlı qeyd edirdi ki, buna yalnız elm, təhsil və yeni təfəkkürlə nail olmaq mümkündür.
Açar sözlər: elm, təhsil, insan kapitalı, innovasiya, təhsil islahatları.