Tədqiqatın məqsədi – buğda emalı sənayesi müəssisələrində innovativ tədbir və layih-ələrin tətbiqinin səmərəliliyinin qiymətləndirilməsini tədqiq etməkdir.
Tədqiqatın metodologiyası – tədqiqat prosesində sistemli yanaşma, müqayisəli təhlil, analiz, sintez, elmi və məntiqi ümumiləşdirmə metodlarından istifadə edilmişdir.
Tədqiqatın nəticələri – tədqiqat nəticəsində buğda emalı sənayesi müəssisələrində emal xərclərinin azaldılması məqsədilə innovativ tədbirlər və layihələrin tətbiqinə dair təklif və tövsiyələr hazırlanmışdır.
Tədqiqatın praktiki əhəmiyyəti – tədqiqatın əsas nəticələri, hazırlanan təklif və töv-siyyələr buğda emalı sənayesi müəssisələrində hazır məhsulun emal xərclərinin azaldılması və keyfiyyətinin yaxşılaşdırılması, habelə müəssisənin işinin səmərəliliyinin qiymətləndirilməsi istiqamətində istifadə edilə bilər.
Tədqiqatın orijinallığı və elmi yeniliyi – buğda emalı sənayesi müəssisələrində inno-vasiya tədbirləri və layihələrinin tətbiqinin zəruriliyi və qiymətləndirilməsi problemi ilk dəfə tədqiq edilmişdir.
Açar sözlər: innovasiya, səmərəlilik, texnoloji proses, qiymətləndirmə, maliyyə menec-menti, gəlirlik dərəcəsi, xalis dəyər, iqtisadi səmərə.