Tədqiqatın məqsədi - Mərkəzi Bankın fəaliyyəti üzrə əməliyyatların və iqtisadi alətlərin bank fəaliyyətinə təsir mexanizmlərini tədqiq edərək iqtisadi inkişafda onun rolunun təh-lil edilməsidir.
Tədqiqatın metodologiyası - tədqiqat işində sistemli yanaşma, məntiqi ümumiləşdirmə, analiz, sintez, statistik təhlil və s. metodlarından istifadə edilmişdir.
Tədqiqatın tətbiqi əhəmiyyəti - Mərkəzi Bankın ölkədə pul-kredit siyasətinin təkmilləşdirilməsi istiqamətləri təklif edilmiş, bankların fəaliyyətlərində iqtisadi alətlərdən istifadə edərək bank sisteminin təkmilləşdirilməsinə dair təkliflər verilmişdir.
Tədqiqatın nəticələri – Azərbaycan Respublikası Mərkəzi Bankının ölkədə valyuta rejimini ən yeni standartlara uyğunlaşdırılması mexanizminin formalaşdırılmasına dair təkliflər verilmişdir. MB bankın fəaliyyətinin təkmilləşdirmə istiqamətləri müəyyən edilmiş, onun reallaşması üçün maliyyə şərtləri nəzərdən keçirilmişdir.
Tədqiqatın orijinallığı və elmi yeniliyi - fərqli dövlətlərin və dövlətlərarası pul ödəmə-lərinin təcrübəsinə uyğun olaraq, Mərkəzi Bank ölkədə pul-kredit siyasətinin reallaşması ilə iqtisadi inkişafın artırılması prosesində ən yeni prioritetlər müəyyən etməlidir.
Açar sözlər: iqtisadi alət, kredit, mərkəzi bank, inteqrasiya, təkmilləşmə.