Tədqiqatın məqsədi - daxili auditin normativ hüquqi bazasının və ölkədaxili tələblərin öyrənilməsi, tədqiq edilməsi və təkmilləşdirilməsi məqsədi ilə təkliflərin verilməsidir.
Tədqiqatın metodologiyası - daxili audit üzrə qanunvericilik aktlarının və digər nor-mativ hüquqi sənədlərin araşdırılması, müqayisəli təhlil edilməsindən ibarətdir.
Tədqiqatın tətbiqi əhəmiyyəti - təsərrüfat subyektləri üçün daxili auditin mahiy-yətinin, rolunun, qanunvericiliyin tələblərinin aydınlaşdırılması və normativ hüquqi sənəd-lərin təkmilləşdirilməsi məqsədi ilə istifadə edilə bilər.
Tədqiqatın nəticələri - rəqəmsal iqtisadiyyat şəraitində resursların effektiv istifadə olunması, şirkətin qoyulan məqsədlərinə çatması üçün daxili nəzarət sisteminin düzgün qurul-ması daxili audit funksiyasına tələbi gündən-günə artır. Bu səbəbdən də daxili audit xidməti daim yenilənməli və təkmilləşərək günün tələbinə cavab verməlidir.
Tədqiqatın orijinallığı və elmi yeniliyi - daxili auditin iqtisadi mahiyyəti, rolu və tən-zimlənməsi məsələləri tədqiq olunmuşdur. Bu məqsədlə, daxili audit üzrə müxtəlif problem-lərin tədqiqatına dair nəticələri özündə əks etdirən xarici və azərbaycanlı iqtisadçı alimlərin, müəlliflərin əsərlərinə baxılmış, normativ – hüquqi bazası araşdırılmış və daxili auditlə bağlı “Daxili audit haqqında” Qanuna müvafiq əlavə və dəyişikliklərin edilməsi, Daxili Audit stan-dartlarının təkmilləşdirilməsi, proqramın və metodik vəsaitlərin işlənib hazırlanması barədə təkliflər irəli sürülmüşdür.
Açar sözlər: daxili audit, qanunvericilik aktları, normativ hüquqi baza, daxili audit standartları, beynəlxalq audit standartları.