Regional sənaye potensialından istifadənin aqroturizmin inkişafına təsiri

Tədqiqatın məqsədi – bazar münasibətləri şəraitində qeyri-neft sektorunun əsas sahələrindən biri olan aqroturizmin “Qazax-Tovuz” iqtisadi rayonunda inkişafını təmin etmək, iq-tisadi ra­yon­da mövcud sənaye potensialın səmərəli istifadə istiqamətlərini müəyyən etməkdən ibarətdir.

Tədqiqatın metodologiyası – sistemli və kompleks təhlil əsasında, aqroturizm ehtiyatlarının qiymətləndirilməsinə metodoloji yanaşmalar və bu istiqamətdə dünya təcrübəsinin mü-hüm prin­sipləri, müxtəlif tədqiqatçıların elmi əsərlərində verilmiş elmi müddəalardan ibarətdir.

Tədqiqatın tətbiqi əhəmiyyəti – tədqiqatda alınmış nəticələrdən, irəli sürülən təkliflərdən tu­rizmin inkişafı və idarə edilməsi mexanizimlərinin təkmilləşdirilməsində, aqroturiz-min inkişafı təd­bir­lərinin hazırlanmasında istifadə edilə bilər.

Tədqiqatın nəticələri – aqroturizmin inkişafı və formalaşdırılmasına dair sənaye potensialını qiymətləndirmək, müvafiq tövsiyə və təkliflər hazırlamaqdan ibarətdir.

Tədqiqatın orijinallığı və elmi yeniliyi – aqroturizmin “Qazax-Tovuz” iqtisadi rayonunda mövcud sənaye potensialları aşkarlanır, problemə müəllif yanaşmaları əsasında po-tensiallar qiymət­lən­­di­rilir. Məqalədə iqtisadi rayonun sənaye fəaliyyəti, turizm xidmətləri, kənd təsərrüfatı xidmət­lə­rinin möv­cud durumu və aqroturizmdə rolu qiymətləndirilir, müvafiq təkliflər irəli sürülür.

Açar sözlər: aqroturizmin inkişafı, regional sənaye potensialı, beynəlxalq aqroturizm təcrü­bə­si, region­larda qeyri-neft sektoru.

 

Fayl

PDF

Buraxılış

№3 - 2022

Müəllif

Musayev Ceyhun İskəndər oğlu