Tədqiqatın məqsədi – insan kapitalına ayrılan vəsaitin insanın yaradıcılıq potensialının reallaşdırılmasında rolunu araşdırmaqdan və işğaldan azad olunmuş ərazilərdə insan kapita-lının inkişafı üçün həyata keçirilə biləcək tədbirlərin təsirini öyrənməkdən ibarətdir.
Tədqiqatın metodologiyası – insan kapitalına maliyyə vəsaitinin artırılması yolu ilə yaradıcılıq poensialının aşkar edilməsində normativ-hüquqi bazaya əsaslanmaqla həm ümumi xarakterli tədqiqat üsullarından, həm də statistik, müqayisəli təhlil, sistemli yanaşma kimi təd-qiqat üsullarından istifadə edilmişdir.
Tədqiqatın tətbiqi əhəmiyyəti – məqalədə əksini tapan yanaşmalar, əldə edilən nəticələr insan kapitalına sərf olunan vəsaitin aktuallığının artırılması və işğaldan azad olunan ərazilər-də insan kapitalının inkişaf etdirilməsi məqsədilə istifadə oluna bilər.
Tədqiqatın nəticələri – xüsusilə müharibədən yeni çıxmış regionlarda təhsil, səhiyyə-nin, yüksək texnologiyalı sənayenin inkişafı, Azərbaycanın regionda insan kapitalının yüksək inkişaf etdiyi ölkələr sırasına düşməsi, həmçinin regional iqtisadi bərabərsizliyi azaltmaq üçün insan kapitalı üzrə yeridiləcək tədbirlərə dair təkliflər irəli sürülmüşdür.
Tədqiqatın orijinallığı və elmi yeniliyi – işğaldan azad edilmiş ərazilərdə bərpa işlərinin həyata keçirilməsi və qeyd edilən regionun iqtisadiyyatının regional iqtisadiyyata inteqrasiya edilməsində insan kapitalının rolu öyrənilmiş və təkliflər verilmiş, həmçinin gənc kadrların qeyd olunan regionlara cəlb olunması və məhsuldarlığının artırılması üçün bir sıra güzəştlərin tətbiq olunmasının mümkünlüyü tədqiq edilmişdir.
Açar sözlər: insan kapitalı; yaradıcılıq potensialı; rifah; səhiyyə; təhsilin səviyyəsi; tex-noloji yeniliklər.