Tədqiqatın məqsədi - Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonunda istehsal-ixrac ehtiyatlarından səmərəli istifadə edilməsinin təhlil edib qiymətləndirməkdir.
Tədqiqatın metodologiyası - məqalənin yazılmasında, yeni istiqamətlərin əsaslandırıl-masında müşahidə, müqayisə, dialektik yanaşma, iqtisadi-statistik araşdırmalar və digər üsul-lardan istifadə edilmişdir.
Tədqiqatn tətbiqi əhəmiyyəti - ondan ibarətdir ki, işdə əldə olunmuş nəticələr və irəli sürülən təkliflər Azərbaycanda və onun regionlarında sosial-iqtisadi inkişafın sürətləndiril-məsi, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, ölkədə məşğulluğun artması ilə bağlı tədbir-lərin həyata keçirilməsində istifadə oluna bilər.
Tədqiqatın nəticələri - məqalədə qloballaşma proseslərinə uyğun olaraq dünya təsər-rüfatında baş verən dəyişikliklərin təsiri altında iqtisadiyyatın sahələrində, o cümlədən turizmin inkişafında baş verən meyillər öyrənilir, konkret tövsiyələr irəli sürülür.
Tədqiqatın orijinallığı və elmi yeniliyi - iqtisadiyyatın maddi əsasını təşkil edən isteh-sal-ixrac potensialından səmərəli istifadə etməklə regionun iqtisadi gücünü artırmaqdan iba-rətdir.
Açar sözlər: yaşıl iqtisadiyyat, Şərqi-Zəngəzur, ehtiyatlar, iqtisadi zona, kənd təsər-rüfatı, daxili tələbat, dünya bazarı, xarici bazar, sosial inkişaf, infrastruktura, təminat, istifadə, səmərəlilik, ixrac potensialı.