Tədqiqatın məqsədi – insan kapitalının inkişaf etdirilməsinin inklüziv siyasətinin araşdırılması, bununla əlaqədar olan texniki və metodoloji çətinliklərin müəyyənləşdirilmə-sidir.
Tədqiqatın metodologiyası – tədqiqat işində müasir çağırışlar nəzərə alınmaqla müqa-yisəli təhlil, sintez, ümumiləşdirmə metodlarından istifadə edilmişdir.
Tədqiqatın tətbiqi əhəmiyyəti – əldə edilmiş nəticələrdən, təklif və tövsiyələrdən insan kapitalının yaxşılaşdırılması və ondan istifadənin təkmilləşdirilməsi sahəsində strategiyaların və dövlət proqramlarının hazırlanması zamanı istifadə oluna bilər.
Tədqiqatın nəticələri – dünya təcrübəsinə əsaslanaraq qeyd etmək olar ki, müasir şə-raitdə hər bir ölkənin inkişafı insan kapitalı ilə sıx bağlıdır. Bu baxımdan, əldə olunmuş nəticə insan kapitalından istifadənin iqtisadi səmərəliliyinin yüksəldilməsinə yönəldilmişdir.
Tədqiqatın orijinallığı və elmi yeniliyi – tədqiqat işində müasir dünyamızda inklüziv siyasətin mahiyyəti əsaslı araşdırılmış, insan kapitalının inklüzivliyi sistemli təhlil edilmiş və müasir iqtisadi inkişaf baxımından onun əlçatanlığının strateji əhəmiyyəti əsaslandırılmışdır.
Açar sözlər: insan kapitalı, insan kapitalının ölçülməsi, sosial rifah, sosial kapital kon-sepsiyası, inklüziv siyasət.