Tədqiqatın məqsədi – fiskal siyasətdə maliyyə sisteminin effektivliyinin təmin edil-məsinin ən mütərəqqi və təkmilləşdirilmiş üsullarından istifadə etməklə maliyyə potensialının artırılması istiqamətlərini müəyyən etməkdən ibarətdir.
Tədqiqatın metodologiyası - maliyyə potensialını təhlil etmək, onun kəmiyyət və key-fiyyət komponentini nəzərə almaq məqsədilə müqayisəli təhlil və qruplaşdırma metodla-rından istifadə edilmişdir.
Tədqiqatın tətbiqi əhəmiyyəti – araşdırmanın nəticələrindən maliyyə potensialının artırılması ilə bağlı praktiki problemlərin həll olunmasında və müvafiq strategiyaların hazır-lanmasında istifadə edilə bilər.
Tədqiqatın nəticələri – ölkə üzrə maliyyə potensialının makroiqtisadi baxımdan möv-cud vəziyyətinin təhlili əsasında beynəlxalq miqyasda baş verən qeyri-müəyyən proseslər və maliyyə sistemindəki dalğalanmalar kontekstində maliyyə potensialının və ondan istifadənin səmərəliliyinin yüksəldilməsi imkanları müəyyən edilmişdir.
Tədqiqatın orijinallığı və elmi yeniliyi – iqtisadiyyatın dayanıqlı inkişafı şəraitində maliyyə sisteminin effektivliyinin təmin edilməsi maliyyə potensialının və ondan effektiv şə-kildə istifadə imkanlarının formalaşması ilə sıx bağlıdır. Bu baxımdan maliyyə potensialının inkişafı fərqli iqtisadi proseslərlə bağlıdır və beynəlxalq maliyyə sistemindəki dalğalanmalar ölkələrin maliyyə potensialına və ondan istifadənin səmərəliliyinə ciddi təsir göstərir. Göstəri-lənləri nəzərə alaraq, müxtəlif iqtisadi sferalarda subyektlərin maliyyə resurslarına tələbatla-rının ödənilməsi imkanlarının artırılması, bu sahədə yarana biləcək risklərin aradan qaldırıl-ması ilə bağlı təkliflər hazırlanmışdır.
Açar sözlər: fiskal siyasət, maliyyə potensialı, səmərə, vergi, maliyyə bazarları.