Azərbaycanın işğaldan azad olunmuş torpaqlarında qadın insan resurslarının sosial-iqtisadi potensialının qiymətləndirilməsi

Tədqiqatın məqsədi – azad olunmuş torpaqlarda qadın insan resurslarının sosial-iqtisadi potensialının qiymətləndirilməsi, onun nəticələri ilə bağlı müvafiq təklif və tövsiyələrin hazırlanmasıdır.

Tədqiqatın metodologiyası - kompleks təhlil, sistemli yanaşma, qruplaşdırma metodla-rından istifadə edilmişdir.

Tədqiqatın tətbiqi əhəmiyyəti - azad olunmuş torpaqlarda qadın insan resurslarının sosial-iqtisadi potensialının qiymətləndirməsinin nəticələrindən gələcəkdə həmin bölgələrin inkişafında  istifadə oluna bilər.

Tədqiqatın nəticələri – İşğaldan azad edilmiş bölgələrin qadın sahibkarlarının rəqabət-qabilliyyətliyini artırmaq üçün müvafiq dövlət proqramlarının hazırlanmasında istifadə oluna bilər.

Tədqiqatın orijinallığı və elmi yeniliyi - azad olunmuş torpaqlarda qadın insan resurslarının sosial-iqtisadi potensialının istifadəsi məqsədi ilə yollar müəyyənləşdirilmiş, onların reallaşdırılması üçün təklif və tövsiyələr irəli sürülmüşdür.

Açar sözlər: qadın, insan resursları, potensial,  sosial-iqtisadı funksiya, sahibkarlıq, məşğulluq, özünüməşğulluq.

Fayl

PDF

Buraxılış

№2 - 2022

Müəllif

Bağırova Aytəkin Məhərrəm gızı