Azərbaycanda meyvə-tərəvəz məhsullarının ixrac problemləri

Tədqiqatın məqsədi – ölkənin meyvə - tərəvəz məhsulları ixracının mövcud vəziyyə-tini təhlil etmək və ixrac imkanlarını genişləndirilməsi üçün yeni mexanizmləri müəyyən etməkdir.

Tədqiqatın metodologiyasını - Azərbaycanda meyvə - tərəvəz məhsulları istehsalının və emalının artırılması,  emal müəssisələrinin istehsal avadanlıqlarından səmərəli istifadəsinin təmin edilməsi, ticarət vasitəçiliyi institutunun formalaşması və inkişafı istiqamətində yeni mexanizmlərin hazırlanması barədə iqtisadi ədəbiyyatlardakı müqayisəli təhlil və statistik metodlar təşkil edir.

Tədqiqatın tətbiqi əhəmiyyəti - Azərbaycanın qlobal iqlim dəyişilikliyi ilə əlaqədar olaraq, istehsal resurslarından səmərəli istifadə etmək, ixrac məhsullarının çeşidinin artırıl-ması və ixrac coğrafiyasının genişlənməsi, istehsal olunan məhsulların satışının və ticarət vasitəçiliyi institutunun inkişaf etdirilərək təkmilləşdirilməsinin təmin edilməsi üçün səmərəli iqtisadi mexanizmlərin hazırlanması və tətbiqinin sahənin inkişafına müsbət təsir edəcəkdir.

Tədqiqatın nəticələri - meyvə - tərəvəz məhsullarının emalı müəssisələri öz istehsal gücündən mövcud problemlər səbəbindən tam istifadə edə bilmir, rəqabətqabiliyyəti aşağı olduğundan istehsal olunan məhsulun çox az bir hissəsini ixrac edir, məhsulun əsas hissəsini isə daxili bazara yönəldir. Məhz bu baxımdan bu sahədə əlavə tədbirlərin görülməsi və yeni mexanizmlərin hazırlanması istiqamətində təkliflər irəli sürülür.

Tədqiqatın orijinallığı və elmi yeniliyi - kənd təsərrüfatı sahəsinin spesifikliyi, istehsal olunan məhsulların satışında yaranan problemlər, son vaxtlarda baş verən qiymət artımları, artan risklər və digər amillər keyfiyyətli meyvə - tərəvəz məhsulları istehsalının artırılmasını və emalının genişləndirilməsini şərtləndirir. Digər tərəfdən istehsal olunan məhsulların ixracı-nın stimullaşdırılması məqsədilə informasiya – məsləhət institutunun və ticarət vasitəçiliyi institutunun formalaşdırılması və inkişaf etdirilməsinin zəruri olduğu müəyyən edilir.

Açar sözlər: meyvə - tərəvəz, istehsal, ixrac, emal, bazar, infrastruktur, innovasiya, rəqabətqabiliyyəti.

Fayl

PDF

Buraxılış

№2 - 2022

Müəllif

Qasımova Nuridə Əliş qızı