Tədqiqatın məqsədi - inkişaf etmiş ölkələrin innovasiyalı iqtisadiyyatın yeni bilik və təcrübənin tətbiqi yolu ilə innovasiya infrastrukturunun yaradılması şərtlərinə dair əsaslan-dırılmış təklif və tövsiyələr işləyib hazırlamaqdan ibarətdir.
Tədqiqatın metodologiyası - sistemli yanaşma, müqayisəli təhlil və metod. Tədqiqat prosesində sistemli yanaşma, ümumiləşdirmə və müqayisə, təhlil və sintez, qruplaşdırma və deduktiv metodlarından istifadə edilmişdir.
Tədqiqatın praktiki əhəmiyyəti - tədqiqatın əsas nəticələri və irəli sürülən təkliflər milli iqtisadiyyatın innovasiyalı inkişafına və innovasiya infrastrukturunun təkmilləşdirilməsinə dair layihələrin işlənib hazırlanmasında istifadə edilə bilər.
Tədqiqat nəticələri - yeni biliklərə və texnologiyalara əsaslanan milli innovasiyalı iqtisadiyyatın inkişafının sürətləndirilməsi, innovasiya fəaliyyətinin səmərəli təşkilinin təmin edilməsi məsələlərinə dair əsaslandırılmış təklif və tövsiyələrin hazırlanmasından ibarətdir.
Tədqiqatın orijinallığı və elmi yeniliyi. İnnovasiya infrastrukturunun kompleks inkişafı və Azərbaycanın sosial-iqtisadi inkişafında onun rolunun artırılması problemi ilk dəfə tədqiq edilmişdir.
Açar sözlər: innovasiya fəaliyyəti, innovasiyalı inkişaf, elm, bilik, texnologiya.