Rəqəmsal transformasiya əsrində siğorta məhsul və xidmətlərinin paylanması, kanallarının səmərəli qarşılıqlı əlaqə modelinin işlənib hazırlanması

Tədqiqatın məqsədi - keyfiyyət yanaşması və paradiqmaya əsaslanan informasiya nəzəriyyəsi strategiyası baxımından mövcud satış kanalları ilə sığorta startapları şəklində yeni aktorlar arasında qarşılıqlı əlaqənin səmərəli modelini qurmaq məqsədi ilə aparılmışdır.

Tədqiqatın metodologiyası - sığorta satış nümayəndələri və agentləri, mütəxəssislər və sığorta sənayesinin yüksək səviyyəli menecerləri daxil olmaqla 15 iştirakçı ilə yarı struktur-laşdırılmış müsahibələrdən istifadə etməklə məlumatların toplanması nəzəri dolğunluğa nail olunana qədər davam etdirilmişdir. Məlumatlar açıq, eksenel və seçmə kodlaşdırma daxil olmaqla sistematik tədqiqat prosesi vasitəsilə təhlil edilmişdir.

Tədqiqatın tətbiqi əhəmiyyəti – müəllif tərəfindən irəli sürülən təklif və tövsiyələrdən İranda sığorta sənayesinin, sığorta məhsul və xidmətlərinin paylanması tədbirlərində yardımçı material kimi istifadə oluna bilər.

Tədqiqatın nəticələri - tədqiqatın nəticələri aktiv və tamamlayıcı iştirakla sığorta məhsulları və xidmətlərinin dəyər zəncirində bütün aktorların rollarını düzgün yerləşdirmək və yenidən müəyyən etmək üçün əsas strategiyası olan sığorta startapları ilə mövcud agentlik şəbəkəsinin effektiv qarşılıqlı əlaqə modeli qurulmuşdur.

Tədqiqatın orjinallığı və elmi yeniliyi- müəllif tərəfindən irəli sürülən yeni elmi ya-naşmalar orijinallığı ilə fərqlənir və sığorta şirkətlərinin fəaliyyətinin səmərəsinin yüksəldilməsinə yönəlmişdir.

Açar sözlər: rəqəmsal transformasiya, paylama kanalları, effektiv qarşılıqlı əlaqə, startaplar, qısa yollar, sığorta sənayesi.

 

Fayl

PDF

Buraxılış

№2 - 2022

Müəllif

Məsoud Badin