Tədqiqatın məqsədi – informasiya texnologiyalarının biznes əməliyyatlarının təşkilinə və idarə olunmasına təsirinin qiymətləndirilməsidir.
Tədqiqatın metodologiyası – müşahidə, ümumiləşdirmə və təhlil əsasında İT-nin biz-nesdə rolunun müəyyən edilməsidir.
Tədqiqatın tətbiqi əhəmiyyəti - biznesdə İT autsorsinqdən və virtuallaşdırma texnolo-giyasından istifadə imkanlarının qiymətləndirilməsidir.
Tədqiqatın nəticələri – tədqiqat göstərir ki, İT autsorsinqindən istifadə olunması İT xərclərini əhəmiyyətli dərəcədə azaltmağa imkan verir. İT infrastruktur resurslarının virtuali-zasiyası ilə bağlı layihələrin tətbiqi şirkətlərə işçi qüvvəsinə, texniki xidmətə çəkilən xərclərə qənaət etməyə imkan verir.
Tədqiqatın orijinallığı və elmi yeniliyi – məqalə biblioqrafiyada qeyd olunan mənbə-lərdən istifadə olunmaqla şəxsi bazar araşdırması, müşahidə və əldə olunan məlumatların təhlili əsasında yazılmışdır. İT autsorsinqi və biznes subyektlərinin xərcləri arasında əlaqənin nəzəri qiymətləndirilməsi tədqiqatın elmi yeniliyi hesab oluna bilər.
Açar sözlər: virtualizasiya, İT-autsorsinqindən istifadə, bulud hesablama, xərclərin azaldılması.