Azərbaycanda turizm sahibkarlığının inkişaf perspektivləri

Tədqiqatın məqsədi – Azərbaycan iqtisadiyyatı üçün prioritet olan qeyri-neft sekto-runun əsas tərkib istiqamətlərindən biri olan turizm sferasında sahibkarlığın inkişafının möv-cud vəziyyəti, təhlili və qiymətləndirilməsi, həmçinin perspektiv inkişaf istiqamətlərinin müəyyənləşdirilməsidir.

Tədqiqatın metodologiyasını Azərbaycanda turizm xidmətləri ilə əlaqədar fəaliyyət-lərdə bilavasitə iştirak edən sahibkarlıq subyektlərinin fəaliyyətinin mövcud vəziyyəti və in-kişaf dinamikası ilə əlaqədar iqtisadi ədəbiyyatlardakı müqayisəli yanaşmalar və statistik təhlillər təşkil edir.

Tədqiqatın nəticələri - Azərbaycanda turizm sahibkarlığının inkişafına mane olan problemlər müəyyənləşdirilmiş, onların təhlili aparılmış və qiymətləndirilmişdir. Həmçinin Azərbaycanda turizm sahibkarlığının inkişafı üçün bir sıra təkliflər verilmişdir. Azərbaycanda turizm infrastrukurunun təkmilləşdirilməsi və yaxud yenilənməsi, həmçinin dövlət dəstəyi mexanizmlərinin inkişaf etdirilməsi ölkədə turizmin inkişafına stimul yarada bilər.

Tədqiqatın orijinallığı və elmi yeniliyi - respublikada turizm xidmət sferasının möv-cud vəziyyəti, onun təhlili və formalaşması istiqamətləri tədqiq olunmuşdur. Həmçinin, Azər-baycanda xidmət sferası üzrə sahibkarlığın mövcud vəziyyəti, xüsusilə işğaldan azad olunmuş ərazilərdə turizm xidmətlərinin inkişafının zəruriliyi ön plana çəkilir. Turizm xidməti sekto-runda olan mövcud problemlər açıqlanır və onların aradan qaldırlması yollarını müəyyənləş-dirilir. Turizmin inkişafının təmin olunması istiqamətləri barədə təkliflər verilir.

Açar sözlər: sahibkarlıq, turizm xidmətləri, turizm infrastrukturu, sosial-iqtisadi in-kişaf, səyahət agentlikləri, turizm müəssisələrinin əsas göstəriciləri.

 

 

Fayl

PDF

Buraxılış

№1 - 2022

Müəllif

Həsənov Səbuhi Mais oğlu