Tədqiqatın məqsədi - tədqiqatın əsas məqsədi qadınların təhsili, məşğulluq səviyyəsi ilə uşaq sayı arasında əlaqənin mövcudluğunu araşdırmaq və qadınların iqtisadi fəallığına nail olmağın əsas həll yollarını tapmaqdan ibarətdir.
Tədqiqatın metodologiyası - tədqiqat aparılarkən sorğu metodundan istifadə edilmiş-dir. Azərbaycanda 2021-ci ildə evli insanlar arasında əhalinin doğum qərarına təsir edən amil-lərin araşdırılması məqsədilə sorğu keçirilmişdir. Sorğuda 398 nəfər iştirak etmişdi. Bunlar-dan 298 nəfəri qadın, 100 nəfəri isə kişidir. Sorğu Survey Monkey platforması üzərindən on-line şəkildə aparılmışdır. Təhlil zamanı spss proqram paketindən istifadə olunmuşdur.
Tədqiqatın tətbiqi əhəmiyyəti - bir ölkənin inkişaf strategiyalarının hazırlanmasında sosial-iqtisadi inkişafın təmin olunması yollarının müəyyənləşdirilməsi vacib rol oynayır. İn-kişaf bərabərsizliyin azalması, yoxsulluğun qarşısının alınması və məşğulluğun artırılması ki-mi köklü dəyişmələrə yol açan çox miqyaslı bir prosesdir. Sosial iqtisadi inkişafın təmin edil-məsində demoqrafik amillərin rolunu müəyyənləşdirərkən doğum qərarı ilə qadınların sosial-iqtisadi fəallığı arasında əlaqəni müəyyənləşdirilmək olduqca önəmlidir. Məhz bu səbəblər-dən aparılmış tədqiqat işi böyük əhəmiyyətə malikdir.
Tədqiqatın orijinallığı və elmi yeniliyi - qadınların iqtisadi fəallığının artırılması mə-sələsi daim diqqət mərkəzində vacib məsələ olmasına baxmayaraq, demoqrafik amillərin iqti-sadi fəallığa təsirinin statistik əhəmiyyətinin müəyyənləşdirilməsi tədqiqatın orijinallığının göstəricisidir.
Tədqiqatın nəticəsi - tədqiqatın nəticəsi olaraq demoqrafik amillərlə cəmiyyətdə qa-dınların fəal iştirakı arasında əlaqənin mövcudluğu chi- kvadrat (chi-square) testi vasitəsilə aşkarlanmışdır. Ölkədə əhali rifahını artırmaq, həyat standartının yaxşılaşdırılması, ayrı-seç-kilik edilmədən inkişafın təmin edilməsi üçün ailəli qadınların iqtisadi fəallığını artıraraq, qadınların iş-həyat balansını qoruya bilmələri üçün dövlət tərəfindən bir sıra tədbirlər kom-pleksi həyata keçirilməlidir.
Açar sözlər: qadın, təhsil, məşğulluq, doğum, ki-kvadrat testi.