Tədqiqatın məqsədi - ölkə əhalisinin artım tempinə müvafiq olaraq ərzaq və qida məhsulları bazarının fəaliyyət prinsipləri və xüsusiyyətləri nəzərdən keçirməklə, maliyyə me-xanizmlərindən istifadəyə dair potensial imkanlarından səmərəli istifadə məsələlərini aşkar-lamaq.
Tədqiqatın metodologiyası - ərzaq və qida məhsulları bazarının maliyyə mexanizm-ləri vasitəsi ilə tənzimlənməsində normativ-hüquqi bazaya və fəlsəfi qanunauyğunluqlara əsaslanmaqla ümumi tədqiqat üsullarından və müqayisəli təhlil, statistik və qrafiki tədqiqat üsulları, sistemli yanaşma və s. fərdi tədqiqat üsullarından istifadə edilmişdir.
Tədqiqatın tətbiqi əhəmiyyəti - məqalədə qeyd olunan müddəalar, əldə edilmiş praktik nəticələr və təcrübi yanaşmalar ərzaq və qida məhsulları bazarının tənzimləməsində istifadə oluna bilər.
Tədqiqatın nəticələri - ərzaq və qida məhsulları bazarının formalaşmasında yerli isteh-salın səmərəli təşkil olunmasına, bitkiçilik və heyvandarlıq məhsullarının istehsalı ilə istehlakı arasında mövcud proporsiyaların gözlənilməsinə, kəndli təsərrüfatlarının təmərküzləşmə səviyyəsi ilə ərzaq məhsullarının maya dəyəri və satış qiymətlərinin məqsədəyönlü tənzimlən-məsinə, dövlət maliyyə dəstəyi sayəsində bitkiçilik və heyvandarlıq məhsullarının istehsalında və istehlakında ərzaq təhlükəsizliyi meyarlarının gözlənilməsinə dair təkliflər irəli sürülmüş-dür.
Tədqiqatın orijinallığı və elmi yeniliyi - ərzaq və qida məhsulları bazarının maddi əsa-sını təşkil edən istehsal və istehlak sferalarında mövcud iqtisadi mexanizmlərdən səmərəli istifadə edilməsinə, ərzaq və qida məhsulları istehsalının və istehlakının balanslaşdırılmasına, maliyyə mexanizmlərindən istifadəyə dair potensial imkanların müəyyənləşdirilməsinə dair təkliflərdən ibarətdir.
Açar sözlər: ərzaq və qida məhsulları, bazar mexanizmləri, dövlət tənzimlənməsi, daxi-li bazar, istehlak tələbatı.