İşğaldan azad olunmuş ərazilərdə aqrar sektorun dirçəldilməsində mikromaliyyələşmədən istifadənin aktivləşdirilməsi istiqamətləri

Tədqiqatın məqsədi - işğaldan azad olunmuş ərazilərin bütövlükdə iqtisadiyyatının, o cümlədən kənd təsərrüfatının dirçəldilməsi üçün bazar iştirakçılarının maliyyə qaynaqlarına çıxış imkanlarının genişləndirilməsi məqsədi ilə bank kapitalının, konkret olaraq mikroma-liyyə təşkilatlarının imkanlarının araşdırılmasından ibarətdir.

Tədqiqatın metodologiyası  - ölkə iqtisadiyyatına kredit qoyuluşlarında mikromaliyyə təşkilatlarının yeri və rolunu, mikrokreditləşmənin əhəmiyyətini sistemli və kompleks araş-dırmaqdır. Ayrıca olaraq, yerlərdə, xüsusən işğaldan azad olunmuş ərazilərdə kiçik sahibkar-lığın təşəkkülü və dirçəldilməsi üçün mikrokreditləşmə işinin təşkilinin əhəmiyyəti qiymət-ləndirilir.

Tədqiqatın tətbiqi əhəmiyyəti – nəticələrin aqrar sektorun inkişaf  prioritetlərinin hərəkətə gətirilməsində, habelə işğaldan azad olunmuş bölgələrdə bu məqsədlərə xidmət edə-cək aqrar inkişaf strategiyası və fəaliyyət planı hazırlanıb həyata keçirilərkən mikrokreditləş-mənin tətbiqi, kiçik kənd təsərrüfatı məhsulu istehsalçıları, ailə-fermer təsərrüfatlarının gün-dəlik ehtiyaclarının qarşılanması üçün kreditləşmənin bu növü  məqsədəuyğun hеsаb еdilir.

Tədqiqatın nəticələri – aqrar sahədə, xüsusən də işğaldan azad olunmuş ərazilərdə məhsul istehsalçılarının maliyyə qaynaqlarına çıxışlarını təmin edəcək və dəstəkləyəcək mik-rokreditləşmə ilə məşğul olacaq kommersiya banklarının və bank olmayan kredit təşkilatla-rının kredit məhsulu təqdimatı proseslərinin  təkmilləşdirilməsi və bu sahədə konseptual yanaşmaları formalaşdırmaqdan ibarətdir. 

Tədqiqatın orijinallığı və elmi yeniliyi – ölkənin maliyyə bazarı üçün yeni, müstəqillik illərində təşəkkül taparaq sürətlə  öz səmərəliliyini bütün maraqlı tərəflər üçün təsdiq etməkdə olan  mikrokreditləşmə işinin, aqrar sahədə səmərəli təşkilinin optimal  modellərindən biri kimi işğaldan azad olunmuş ərazilərdə ailə-fermer təsərrüfatlarının, kiçik sahibkarların ma-liyyə imkanlarının artırılması üçün təqdim olunmuşdur. Habelə mobil bank, internet bankinq və digər rəqəmsallıq tətbiqləri ilə ucqar kənd yerlərində maliyyə mənbələrinə çıxış imkanla-rının daha da təkmilləşdirilməsi imkanları göstərilmişdir.

Açar sözlər: mikrokreditlər, mikromaliyyə təşkilatları, ev təsərrüfatları, maliyyə böh-ranı, kiçik sahibkarlar, birgə borclu qruplar, kredit ittifaqları.

 

Fayl

PDF

Buraxılış

№3 - 2021

Müəllif

Əliyev Arif Lütvəli oğlu