Tədqiqatın məqsədi aqrar sahədə aparılan islahatların təhlil edilməsi, sahənin tənzim-lənməsi mexanizmlərinin optimallaşdırılması, sahənin inkişaf prioritetlərinin müəyyən edilmə-sidir. Tədqiqat zamanı aqrar sahədə dəyişikliklərin aparılması zəruriliyinin əsaslandırılması, sahənin inkaşafı naminə həyata keçirilən islahatların istiqamətləri, sahənin inkişafına təsir edən və həll edilməsi vacib olan problemlərin təhlili, inkişaf perspektivlərinin təyin edilməsi vəzifələri qarşıya qoyulur.
Tədqiqatın metodologiyası - işdə müqayisəli təhlil, məntiqi ümumiləşdirmə və qrup-laşdırma metodlarından istifadə edilmişdir. Tədqiqat zamanı aqrar sahənin inkişafı məq-sədləri, alt məqsədləri, digər sistemlərlə əlaqələsi, onların dövlət tərəfindən tənzimlənməsi məsələləri təhlil edilmişdir.
Tədqiqatın tətbiqi əhəmiyyəti. Tədqiqatda irəli sürülən nəticə və tövsiyyələr dövlət orqanları və aqrar sahənin müəssisələri tərəfindən aqrar sahənin islahatı proseslərinin daha səmərəli idarə olunmasının təmin edilməsi üçün nəzərə alına bilər.
Tədqiqatın nəticələri. Təqdiqat nəticəsində aqrar sahənin fəaliyyət effektivliyinin artı-rılması üzrə tövsiyyələr irəli sürülmüşdür. İslahatlar zamanı səmərəliliyin artırılması, hüquqi təminat mexanizmlərinin tətbiqi, aqrar idarəetmə sistemində islahat tədbirlərinin icrası və nəzarət edilməsi, idarəetmə və informasiya təminatının yaxşılaşdırılması ilə bağlı praktiki əhəmiyyətli təkliflər verilmişdir.
Tədqiqatın orijinallığı və elmi yeniliyi - aqrar fəaliyyətin tənzimlənməsi ilə bağlı isla-hatlar və dəyişikliklərin dövrlər üzrə təhlili aparılmış, ortaya çıxan nöqsanlar, mövcud prob-lemlər və onların ölkənin sosial-iqtisadi inkişafı ilə əlaqəsi müəyyən edilmişdir ki, bu da tədqiqatın elmi yeniliyini göstərir.
Açar sözlər: aqrar sahə, islahat, məqsəd, problem, idarəetmə mexanizmi.