Azərbaycanın emal müəssisələrində valyuta risklərinin idarə olunmasının təkmilləşdirilməsi istiqamətləri

Məqalədə, müəllif qeyd edir ki, dünya bazarlarında fəaliyyət göstərən və bir neçə val­yu­ta­dan istifadə edən şirkətlərin mənfəətliliyi valyuta məzənnəsinin dəyişməsinin idarə olunması daha həssasdır. Müasir dövrdə aqro-emal müəssisələrində bu məsələnin həllində  strateji me­nec­mentin formalaşması və inkişafı mühüm rol oynaya bilər.

Beləliklə, şərh olunan Azərbaycanın emal sənayesində istehsalın tempinin azalması ilk ba­xışdan narahatlıq doğurmayan təbii hal kimi müşahidə olunsada, lakin onu törədən sə­bəb­lə­rin və bu səbəblərə təsir edən faktorların öyrənilməsi nəzərdən keçirilir.

Məqalədə idarəetməni iqtisadi-təsərrüfat subyektlərinin timsalında tətqiq edir, onun mad­di iqtisadi imkanlarının genişləndirilməsi məqsədilə mənfəətliliyinin artırılmasına isti­qa­mət­lənirik. Respublikamızda sənayenin inkişafı, genişlənməsi, ölkə iqtisadiyyatının bey­nəl­xalq səviyyədə özünəməxsus inkişaf tempi ilə tanınması bu sahədə həyata keçirilən iqtisadi si­ya­sətin uğrundan xəbər verir. Müəssisə və təşkilatlarda iqtisadi siyasətə uyğun olaraq strateji məq­sədlərin qoyulması və onlara nail olunması ilə əlaqədar rəhbərlərin həyata keçirdiyi fəa­liy­yət strateji idarəetmə fəaliyyətidir.

Müəssisə və təşkilatlarda strateji idarəetmə fəaliyyətinin ilk və üst sistemi kimi həmişə rəh­bərlərin diqqət mərkəzində dayanır. Onun məntiqi nəticəsidir ki, artıq Azərbaycan şir­kət­lə­ri dünya bazarlarına yol açır və məhsulların beynəlxalq bazarlarda reallaşdırmaq imkanlarına ma­lik olurlar. Strateji idarəetmə üçün onun əsasını təşkil edən anlayışlara aydınlıq gətirərkən stra­tegiya məfhumunun və ya anlayışının tədqiq olunmasını məqalədə vacib məsələlərdən biri kimi hesab etmişik ki, bu da müəssisənin rəqabətədavamlılığının, onun fəaliyyətinin uzun­ömürlülüyünün, inkişaf perspektivlərinə malik olmasının iqtisadi əsasını təşkil edir.

Açar sözlər: iqtisadi sistem, mənfəət, idxal, ixrac, milli valyuta, aqro-emal müəs­si­sə­lə­ri, aqrar sahə, menecment, strategiya, strateji menecment.

Fayl

PDF

Buraxılış

№2 - 2019

Müəllif

Quliyev Zakir Qəşəm oğlu