İşğaldan azad edilmiş ərazilərdə məşğulluğun təmin edilməsi problemləri

Tədqiqatın məqsədi - işğaldan azad edilmiş ərazilərə qayıdacaq yerli əhalinin məşğulluq  səviyyəsinin yüksəldilməsi  imkanlarının araşdırılması, bu istiqamətdə müvafiq  təklif və tövsiyələrin hazırlanmasıdır.

Tədqiqatın metodologiyası - işdə təhlil, sistemli yanaşma, qruplaşdırma metodlarından istifadə edilmişdir. Tədqiqatda müəlliflər tərəfindən işğaldan azad ediləcək ərazilərə köçürülənlər  haqqında statistik göstəricilər, bu ərazilərdə məşğulluq imkanları  təhlil edilmiş və sistemləşdirilmişdir.

Tədqiqatın tətbiqi əhəmiyyəti – tədqiqat müvafiq dövlət orqanlarına, eləcə də, sahibkarlıq subyektlərinə və potensial sahibkarlara qeyd edilən ərazilərdə yeni təsərrüfat strukturlarının yaradılmasının real imkanlarını qiymətləndirməyə imkan verir.

Tədqiqatın nəticələri – azad edilmiş rayonlarda təbii sərvətlərin mənbələrini əks etdirən göstəricilər ümumiləşdirlmiş, bu ərazilərə köçürüləcək  insanların məşğulluğunun   səmərəli  təşkili  yolları təklif edilmişdir.

Tədqiqatın orijinallığı və elmi yeniliyi - qeyd edilən rayonlarda məşğulluğun həyata keçirilməsi məqsədi ilə yollar müəyyənləşdirilmiş, onların reallaşdırılması üçün təklif və tövsiyələr irəli sürülmüşdür.

Açar sözlər: azad edilmiş ərazilər, məcburi köçkünlər, qayıdış, məşğulluq, təminetmə.

Fayl

PDF

Buraxılış

№2 - 2021

Müəllif

Əliyev Teyyub Qəni oğlu