İşğaldan azad edilmiş ərazilərdə yeyinti sənayesinin dövlət tənzimlənməsi istiqamətləri

Tədqiqatın məqsədi – işğaldan azad edilmiş ərazilərdə (İAEƏ-də) yeyinti sənayesinin dövlət tənzimlənməsi istiqamətlərini müəyyənləşdirməkdən ibarətdir.

Tədqiqatın metodologiyası – tədqiqat kənd təsərrüfatı və yeyinti sənayesinin inkişafına dair qanunlara, Dövlət Proqramlarına, “Azərbaycan Respublikasında kənd təsərrüfat məhsul-ları istehsalına və emalına dair Strateji Yol Xəritəsi” nə, istehsalın inkişafı istiqamətlərinə dair iqtisadi-statistik vasitələrə, üsullara, metodlara və yanaşmalara uyğun aparılmışdır.

Tədqiqatın tətbiqi əhəmiyyəti – tədqiqat nəticəlrindən, irəli sürülən təkliflərdən kənd təsərrüfatı və yeyinti məhsulları istehsalının artırılması, proqramlarının hazırlanmasında İAEƏ-də kənd təsərrüfatı və yeyinti məhsulları istehsalının dövlət tənzimlənməsi tədbir-lərində istifadə edilə bilər.

Tədqiqatın nəticələri – İAEƏ-də yeyinti sənayesinin təşkili və idarə edilməsində, dövlət tənzimlənməsi tədbirlərində istifadə etmək olar.

Tədqiqatın orijinallığı və elmi yeniliyi – məqalədə kənd təsərrüfatı məhsulları isteh-salının artırılması yeyinti məhsulları istehsalının artırılmasının ilkin şərtlərindən biri kimi qiy-mətləndirilir. Tədqiqatla müəyyən edilir ki, yeyinti məhsulları istehsalının artırılması üçün Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra bir sıra ardıcıl və sistemli tədbirlər həyata keçirilmişdir. Məqalədə işğaldan azad edilmiş ərazilərdə (İAEƏ-də) yeyinti sənayesinin for-malaşdırılması və inkişafı üçün dövlət tənzimlənməsinin əsas istiqamətləri müəyyən edilir. Həmin istiqamətlərin maliyyə-kredit, qiymət, vergi, investisiya, sığorta, xarici-iqtisadi siyasət, yerli istehsalçılara dövlət yardımı və s. ibarət olduğu elmi cəhətdən əsaslandırılır və müvafiq təkliflər hazırlanır.

Açar sözlər: emal sənayesi, işğaldan azad edilmiş ərazilər, dövlət tənzimlənməsi, əsas istiqamətlər, sosial siyasət, iqtisadi inkişaf.

Fayl

PDF

Buraxılış

№2 - 2021

Müəllif

İbrahimov İslam Hacı oğlu