İnsan kapitalının iqtisadi səmərəlilik göstəricilərinin təhlili

Tədqiqatın məqsədi – insan kapitalından istifadənin iqtisadi səmərəlilik göstəricilərinin araşdırılması, onların oxşar və fərqli cəhətlərinin təhlil edilməsidir.

Tədqiqatın metodologiyası – tədqiqat işində müasir çağırışlar nəzərə alınmaqla müqayisəli təhlil, sintez, ümumiləşdirmə metodlarından istifadə edilmişdir.

Tədqiqatın tətbiqi əhəmiyyəti – əldə edilmiş nəticələrdən, təklif və tövsiyələrdən insan kapitalının yaxşılaşdırılması və ondan istifadənin təkmilləşdirilməsi sahəsində strategiyaların və dövlət proqramlarının hazırlanması zamanı istifadə oluna bilər.

Tədqiqatın nəticələri – dünya təcrübəsinə əsaslanaraq qeyd etmək olar ki, müasir şəraitdə hər bir ölkənin inkişafı insan kapitalı ilə sıx bağlıdır. Bu baxımdan, əldə olunmuş nəticə insan kapitalının iqtisadi səmərəliliyinin yüksəldilməsinə yönəldilmişdir.

Tədqiqatın orijinallığı və elmi yeniliyi – tədqiqat işində insan kapitalı əsaslı araşdırıl-mış, onun səmərəlilik göstəriciləri sistemli təhlil edilmiş və onların yüksəldilməsinin müasir iqtisadi inkişaf baxımından strateji əhəmiyyəti əsaslandırılmışdır.

Açar sözlər: insan kapitalı, insan kapitalının səmərəlilik göstəriciləri, yığılmış orta təhsil illəri, təhsil fondu, itirilmiş əməkhaqqı, ömür boyu fasiləsiz təhsil.

 

Fayl

PDF

Buraxılış

№2 - 2021

Müəllif

Mədətov Mansur Akif oğlu