Tədqiqatın məqsədi – son illərdə qeyri-neft sektorunun inkişafı üçün logistika mərkəzlərinin əlaqələrini genişləndirilməsi, xarici təcrübənin tətbiq imkanları, 44 günlük II Qarabağ müharibəsində əldə olunan razılaşmanın 9-cu bəndinə əsasən Azərbaycanın Naxçıvanla quru əlaqəsinin qurulması, Azərbaycanın Avropa ilə əlaqələrinin daha da inkişafı və həmin bölgədə yaradılacaq qeyri-neft sektoru sahələrinin ixracının potensialını öyrənilməsidir.
Tədqiqatın metodologiyası – müqayisəli təhlil, sintez, hesablama üsulları.
Tədqiqatın tətbiqi əhəmiyyəti – hal-hazırkı dövrdə logistika və yük daşıma üzrə istifadə olunan siyasət, tariflər və mexanizmlər, eləcə də Avropa Birliyi, Çin Xalq Respublikası, Rusiya, Türkiyə və Cənubi-Şərqi Asiya və Afrika dövlətlərinin logistika ilə bağlı tətbiq etdiyi siyasəti iqtisadiyyata təsirini öyrənir.
Tədqiqatın nəticəsi - Azərbaycanda logistika təminatının yaxşılaşdırılması üçün beynəlxalq təcrübənin öyrənilməsi və xarici logistika mərkəzlərinin prespektivləri, tətbiq etdiyi iqtisadi siyasət və beynəlxalq təcrübə üzərindəki sosial-iqtisadi təsirə birbaşa təsir etmək gücünə malikdir.
Tədqiqatın orijinallığı və elmi yeniliyi - Azərbaycanda logistika sahəsində baş verən yeniliklər ölkə iqtisadiyyatının inkişafda müəyyən yer tutur və bu sahədə bəzi çatımazlıqları qeyd etmək lazımdır. Belə ki, şəhərin əhalisini artması nəticəsində “Ağıllı şəhər” layihələrinin tədbiq olunması, logistika mərkəzlərini xarici əlaqələrinin inkişafı, bu sahədə lazımı mütəxəs-sislərin hazılanması və azad ticarət zonalarının fəaliyyətinin müəyyənləşməsi təhlil ediləcəkdir.
Açar sözlər: logistika, beynəlxalq təcrübə, ticarət, logistika siyasəti, qeyri-neft sektoru.