Neft-kimya sənayesində fərdi sahibkarlıq fəaliyyətinin iqtisadi səmərəliliyinin artırılması yolları

Tədqiqatın məqsədi – tədqiqatın məqsədi kimya sənayesinin istehsal imkanlarının artırılması, ölkə iqtisadiyyatında bu sahənin pay faizinin yüksəldilməsi məqsədi ilə mövcud resurslardan səmərəli istifadə üçün elmi cəhətdən əsaslandırılmış nəzəri və praktiki əhəmiy-yətli tövsiyələr işləyib hazırlamaqdan ibarətdir. Mövzunun seçilməsində də əsas məqsəd Azərbaycanda kimya sənayesində fərdi sahibkarlıq fəaliyyətinin müasir vəziyyətini və inkişaf xüsusiyyətlərinin təhlil edilib öyrənilməsi, iqtisadi səmərəliliyinin araşdırılması, subyektlərin stimullaşdırılmasına dair elmi cəhətdən əsaslandırılmış təkliflər kompleksini işləyib hazırla-maqdan, bir sözlə effektivliyin yüksəldilməsindən ibarətdir.

Tədqiqatın metodologiyası – fərdi sahibkarlığın digər sahibkarlıq növlərindən fərqlən-dirici cəhətləri, ölkəmizdə kimya sənayesində fəaliyyət göstərən fərdi sahibkarlıq subyekt-lərinin müasir vəziyyətinin təhlili, onların perspektiv imkanlarının dəyərləndirilməsindən ibarətdir.

Tədqiqatın tətbiqi əhəmiyyəti – tədqiqatda qeyd olunmuş materiallar ölkəmizdə kimya sənayesində fərdi sahibkarlıq fəaliyyətinin müasir vəziyyətinin qiymətləndirilməsində, fərdi sahibkarlıq subyektlərinin bu sahəyə cəlb edilməsi mexanizmlərinin təkmilləşdirilməsində istifadə oluna bilər.

Tədqiqatın nəticələri – kimya sənayesinə fərdi sahibkarların cəlb edilməsi, onların fəaliyyətinin təşkili, dövlət tərəfindən həyata keçirilən tənzimləmə fəaliyyətinin təkmilləş-dirilməsi istiqamətində qeyd edilən məlumatlar bu sahə üzrə fərdi sahibkarlıq subyektlərinin kəmiyyət göstəricilərinin artmasına səbəb ola biləcək tövsiyə xarakterli məlumatlar hesab edilə bilər.

Tədqiqatın orijinallığı və elmi yeniliyi - ölkəmizdə kimya sənayesi üzrə idxal və ixrac göstəricilərinin təhlilinə baxdığımız zaman görürük ki, bu sənaye sektorunda istehsal olunan məhsulların ölkəyə idxalı ixracından 3 dəfə çoxdur. Təbii ki, kimya sənayesi üzrə fəaliyyət göstərən fərdi sahibkarların sayının artması ilk növbədə ölkə əhalisinin bu istiqamətdə ehti-yacının ödənilməsi, eyni zamanda da ixrac potensialının artırılması baxımından böyük önəmə malikdir. Bu məqalədə fərdi sahibkarlıq fəaliyyətinin maliyyələşdirilmə mexanizminin təkmilləşdirilməsi, dövlətin həyata keçirdiyi tənzimləmə siyasətində beynəlxalq təcrübədən faydalanma və vergi sistemində sadələşdirmələrin, vergi yükünün yüngülləşdirilməsi ilə bağlı tövsiyə xarakterli məlumatlar öz əksini tapmışdır. Bu cəhətdən də məqalədə qeyd edilən məlumatlar istər təşviq, istərsə də fəaliyyətin stimullaşdırılması baxımından önəm kəsb etməkdədir.

Açar sözlər: fərdi sahibkarlıq, kimya sənayesi, stimullaşdırma, dövlət tənzimlənməsi, inkişaf, idxal-xrac.

 

Fayl

PDF

Buraxılış

№1 - 2021

Müəllif

Xankişiyev Fərid Xanbaba oğlu