Tədqiqatın məqsədi - Cənubi Qafqaz regionunda iqtisadi layihələrin reallaşdırılmaşında region ölkələrinin əməkdaşlığının iqtisadi əsaslarla qiymətləndirilməsi.
Tədqiqatın metodologiyası - region ölkələrində xarici iqtisadi əlaqələrin, xüsusən də iri layihələrin iqtisadi qiymətləndirilməsində müqayisəli təhlil, statistik yanaşma və müəllifin ümumiləşdirmə yanaşmaları üstünlük təşkil etmişdir.
Tədqiqatın tətbiqi əhəmiyyəti - məqalədə qeyd olunan müddəalar və əldə edilmiş praktik nəticələr region ölkələrinin əməkdaşlığının daha da dərinləşməsində, Azərbaycan iqtisadiyyatının xarici iqtisadi fəaliyyətinin daha da güclənməsində əhəmiyyətli rol oynaya bilər.
Tədqiqatın nəticələri - perspektiv dövrə baxdıqda görmək olur ki, gələcəkdə çoxsaylı layihələr icra edildikcə və yeni layihələrin işlənməsinə başlanılaraq, tədricən Azərbaycan ərazisi ilə beynəlxalq yüklərin daşınmasının həcmi artacaqdır. Belə layihələrin də reallaşması isə Azərbaycana uzunmüddətli gəlir gətirməklə yanaşı Azərbaycanın beynəlxalq əməkdaşlığını da möhkəmləndirəcək, ölkələrarası bağlılıq daha sıxlaşacaq , qarşılıqlı asılılıq güclənəcək.
Tədqiqatın orijinallığı və elmi yeniliyi - məqalədə bir sıra yanaşmalar əsasında müxtəlif müəlliflərin fikirlərinə istinad edilmişdir. Azərbaycanın perspektiv dövr üçün xarici iqtisadi fəaliyyətində, xüsusən də iri layihələrin reallaşmasındakı üstünlüklər üzə çıxarılmışdır.
Açar sözlər: Cənubi Qafqaz regionu, qlobal, layihə, neft kontraktları, əsrin müqaviləsi, enerji təhlükəsizliyi, Cənubi Qaz Dəhlizi, təbii sərvətlər, Xəzər dənizi, iqtisadiyyat, investisiya və s.