Tədqiqatın məqsədi - xarici ticarət əməliyyatlarında gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi bir tərəfdən ölkənin xarici ticarət balansının tərtib olunmasında oynadığı rol, digər tərəfdən ölkənin tərəfdaş olduğu ölkələrlə ticarət siyasətinin reallaşdırılması mexa-nizmlərini öyrənmək üçün vacib rol oynayır. Bu prosesin yerinə yetirilməsi həm də milli iqtisadiyyatın zəruri mümkün qeyri – münasib şəraitdən qorunmasını təmin etməklə ölkənin xarici ticarətinin statistikasını və onun daxili bazarının quruluşunu müəyyən etməyə imkan verir.
Xarici ticarət əlaqələrində aparılan rəsmiləşdirmə prosesi xüsusi əhəmiyyətə malik bir prosedurdur. Aparılan rəsmiləşdirilmənin səmərəliliyi və sürətliliyi başlıca şərtlərdən biridir. Bunun üçün də ölkələr xarici ticarət əməliyyatlarının aparılması zamanı gömrük rəsmiləşdiril-məsinin bir pəncərə sisteminin tətbiqini daha da genişləndirir və ildən ilə daha da təkmilləş-dirilməsinə can atırlar. Dünya təcrübəsində “bir pəncərə” sistemi resursların daha yaxşı istifa-dəsinin səmərəliləşdirilməsi yolu ilə uyğunsuzluq xərclərinin qeyri-tarif baryerlərinin yüksək dərəcədə azaldılması və səmərəliləşdirilməsi üçün bir vasitədir. “Bir pəncərə” sisteminin əsas hədəfi xarici ticarətdə iştirak edən bütün tərəflərə səmərəli qazanc gətirmək üçün ticarət və hökumət arasında informasiya axınlarının sürətləndirilməsi və sadələşdirilməsidir.
Tədqiqatın metodologiyasını xarici ticarət əməliyyatlarının rəsmiləşdirilməsi sahəsində “bir pəncərə” sisteminin tətbiqi, onun zəruriliyi ilə bağlı iqtisadi ədəbiyyatlarda və digər mənbələrdə olan araşdırmalar təşkil edir.
Tədqiqatın tətbiqi əhəmiyyəti – tədqiqatda verilmiş materiallardan və əldə olunmuş nəticələrdən ölkəmizin xarici ticarət əlaqələrində, idxal- ixrac əməliyyatlarının sadələşdirilməsində, milli iqtisadi maraqların təmin olunması problemlərinin həlli üzrə sistemli tədbirlərin, kompleks yanaşmaların hazırlanmasında istifadə oluna bilər.
Tədqiqatın nəticələri - ədqiqat apardığımız işdə əsas diqqət Azərbaycanın dünya ölkələri ilə aparılan xarici ticarət əməliyyatlarının həcminin artırılması və idxal – ixrac prose-sində aparılan gömrük rəsmiləşdirilməsi prosesinin təkmilləşdirilməsi yollarına yönəldilmiş-dir. Bu prosesdə beynəlxalq gömrük inteqrasiyasının və beynəlxalq təşkilatlarla əlaqələrin xüsusi əhəmiyyəti vardır. Beynəlxalq gömrük sisteminə inteqrasiya əmtəə və xidmətlərin tica-rətini, maliyyə, iqtisadi sahələrin inkişafını təmin edən əsas istiqamətlərdəndir. Bu isə ölkənin iqtisadi təhlükəsizliyinin qorunması istiqamətində idxal-ixrac əməliyyatlarının və ticarət əla-qələrinin nəzarətdə saxlanılmasına imkan verir.
Tədqiqatın orijinallığı və elmi yeniliyi – tədqiqat işində baxılan problemlər istiqa-mətində əsaslı araşdırmalar aparılmış, xarici ticarət əməliyyatlarının rəsmiləşdirilməsi sahə-sində “bir pəncərə” sisteminə keçidin zəruriliyi göstərilmiş, xarici ticarətin rəsmiləşdirilməsini sadələşdirilməsi, onun səmərəliliyi sistemli şəkildə tədqiq olunmuş və iqtisadi inkişaf pro-sesində onun strateji əhəmiyyəti əsaslandırılmışdır. Beynəlxalq ticarət əməliyyatlarının maksi-mum səmərəli təşkili üzrə “bir pəncərə” sisteminin vacibliyi bildirilmişdir.
Açar sözlər: xarici ticarət əməliyyatları, gömrük rəsmiləşdirilməsi, bir pəncərə sistemi, iqtisadi təhlükəsizlik, gömrük nəzarəti, elektron gömrük