Postpandemiya və postmüharibə dövründə ekoloji-iqtisadi sistemə yanaşmalar

Tədqiqatın məqsədi – postpandemiya və postmüharibə dövründə ekoloji-iqtisadi siste-mə yanaşmaların tədqiqindən ibarətdir. Bu məqsədlə, postpandemiya dövründə ekoloji iqtisa-di sistemin tarazlaşdırılması məsələlərinin mahiyyəti açıqlanmışdır. Postmüharibə şəraitində erməni silahlı qüvvələrinin işğalı nəticəsində yaranmış ekoloji fəlakətin aradan qaldırılması və ekoloji-iqtisadi sistemin reabilitasiyası problemləri araşdırılmışdır. Ölkə iqtisadiyyatının da-yanıqlı inkişafının təmin olunmasında ekoloji problemlərin həllinin vacibliyi verilmişdir. Postmüharibə vəziyyətində iqtisadiyyatın səmərəli təşkilində ekoloji-iqtisadi problemlərə kon-septual yanaşmaların vacibliyi əsaslandırılmışdır. Azərbaycanda ekoloji-iqtisadi sistemin zə-dələnmiş hissələrinin bərpası problemlərinə baxılmışdır. İşğaldan azad olunmuş ərazilərdə dağıdılmış və viran edilmiş ekoloji tarazlığın təmin olunması istiqamətində konseptual ya-naşmalar müəyyənləşdirilmişdir. Azərbaycanda postpandemiya və postmüharibə dövründə ekoloji-iqtisadi sistemin yaranmış problemlərinə müasir yanaşmalar formalaşdırılmışdır.

Tədqiqatın metodologiyası - tədqiq olunan problemlər üzrə müasir dövrdə yaranmış real vəziyyətdən çıxış etməklə, təhlil və sintez, ümumiləşdirmə vasitəsilə postpandemiya və post-müharibə dövründə ekoloji-iqtisadi sistemə daha səmərəli və əsaslandırılmış yanaşmala-rın formalaşdırılması ilə əlaqəli üslublardan, metodlardan, eyni zamanda bu problemlərə bağlı bir sıra alim və tədqiqatçıların yanaşmalarından ibarətdir.

Tədqiqatın tətbiqi əhəmiyyəti - əldə olunmuş nəticələrdən və elmi-iqtisadi müddəalar-dan, verilmiş təkliflərdən ölkəmizin neft sahəsində ekoloji-iqtisadi problemlərin idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi istiqamətləri üzrə fəaliyyət strategiyalarının, kompleks tədbirlərin və dövlət proqramlarının hazırlanmasında istifadə edilə bilər.

Tədqiqatın nəticələri – hazırkı mürəkkəb şəraitdə pandemiyanın təsirinin bitmədiyi bir vaxtda və Azərbaycanın erməni işğalından azad olunmuş ərazilərdə – postmüharibə dövründə ekoloji-iqtisadi problemlərin həll olunmasında, ekoloji tarazlığın təmin edilməsində, işğal nə-ticəsində dağıdılmış ərazilərdə ekoloji fəlakətin aradan qaldırılması tədbirlərin görülməsində daha optimal və səmərəli yanaşmaların ortaya qoyulması ilə bağlıdır.

Tədqiqatın orijinallığı və elmi yeniliyi – tədqiqatda baxılan problemlərin əhəmiyyətli hissəsi yeni elmi-tədqiqat istiqamətləridir. Belə ki, postpandemiya və postmüharibə dövründə ekoloji-iqtisadi sistemin tarazlaşdırılması problemlərinin açıqlanması və obyektiv reallıqlar­dan çıxış etməklə müasir baxışın formalaşdırılması əsas elmi yenilik kimi, həm də orijinal elmi kimi qiymətləndirilə bilər. Ərazilərin reabilitasiyası, dəymiş zərərlərin hesablanması və adek­vat tədbirlərin görülməsinə prioritet yanaşmalar formalaşdırılmışdır. İşğaldan azad olun­muş ərazilərdə erməni faşistlərinin törətdikləri ekoloji terrorun nəticələri sistemli olaraq araş­dırıl­mış və qiymətləndirilmişdir. Postpandemiya və postmüharibə dövrünün çağırışlarına uy­ğun olaraq ekoloji problemlərin həlli istiqamətlərində görülən tənizmləyici tədbirlərin təkmil­ləş­diril­məsinin vacibliyi əsaslandırılmışdır. Meşə massivlərinin, torpaq sahələrinin, su ehtiyat­ları­nın və yeraltı sərvətlərin vandalcasına dağıdılmasından yaranan ekoloji problemlərin ara­dan qaldırılması və ümumilikdə ekoloji-iqtisadi sistemin daha səmərəli təşkili üzrə tövsiyələr ver­il­miş və təkliflər hazırlanmışdır.

Açar sözləri: postpandemiya, postmüharibə, ekoloji-iqtisadi sistem, ekoloji fəlakət, ekoloji problemlər, postpandemiya dövründə ekoloji-iqtisadi prioritetlər, postmüharibə şə-raitin­də ekoloji-iqtisadi sistemə yanaşmalar.

 

Fayl

PDF

Buraxılış

№1 - 2021

Müəllif

Babayev Ata Manaf oğlu