Tədqiqatın məqsədi - investisiya qoyuluşlarının əlverişli sistemləşdirmə yollarını müəyyənləşdirmək, investisiya prosesinin konseptual aspektlərinin və ona aid göstəricilərin inkişafının araşdırılması, onların fərqləndirmə analizini göstərməklə sabit prinsipləri, xarak-terik xüsusiyyətləri üzə çıxarmaq, əsaslı tikintidə investisiya qoyuluşlarının dövlət tənzimlən-məsi mexanizmi, onun nəzəri əsaslarını sistemli şəkildə müəyyənləşdirmək və qiymətlən-dirməkdir.
Tədqiqatın metodologiyası – tədqiqatın metodoloji əsasını müasir tədqiqatçıların in-vestisiya prosesinin sistemləşdirilməsinin tendensiyası ilə bağlı elmi müddəaları, Azərbaycan Respublikası Prezidenti və Nazirlər Kabinetinin investisiya şəraitinin yaradılması ilə əlaqədar qərarları, sərəncamları, proqramları təşkil edir.
Tədqiqatın tətbiqi əhəmiyyəti - tədqiqatda ölkənin tikinti investisiyalarına aid mövcud qanunvericiliyinin təkmilləşdirilməsi üçün bir sıra təkliflər irəli sürülmüşdür ki, həmin təklif-lər qanunvericiliyin təkmilləşdirilməsi və yenidən baxılmasında, eyni zamanda əsaslı tikintidə investisiya layihəsinin hazırlanması məsələlərində tətbiq edilə bilər.
Tədqiqatın nəticəsi - əsaslı tikintidə investisiya fəaliyyətinin dövlət tənzimlənməsi mexanizmi təsirinin aşkarlanmasından ibarətdir.
Tədqiqatın orijinallığı və elmi yeniliyi - əsaslı tikintidə investisiya prosesinin dövlət sistemləşdirilməsi mexanizmi müəyyənləşdirilmiş, investisiya qanunvericiliyi, investisiya prosesinin hüquqi əsaslarının inkişafı ilə bağlı təkliflər irəli sürülmüşdür.
Açar sözlər: investisiya, tikinti, təşkilat, layihə, inkişaf, qanunvericilik, xidmət, istehsal.