Sahibkarlıq və innovasiya strategiyalarının iqtisadi inkişafa təsiri: Azərbaycan iqtisadiyyatı timsalında

Tədqiqatın məqsədi - müasir iqtisadiyyatın təməl daşları olan sahibkarlıq və inno-vasiya strategiyalarının rəqabət gücünə, beynəlxalq bazar payının artırılmasına və iqtisadi inkişafa təsir mexanizmlərinin təhlili və öyrənilməsidir. Eyni zamanda, iqtisadi inkişaf və innovasiya arasında əlaqəni və Azərbaycandakı mövcud vəziyyəti araşdırmaqdır.

Tədqiqatın metodologiyası – sistemli yanaşma, müqayisəli təhlil və deduktiv metod.

Tədqiqatın tətbiqi əhəmiyyəti - tədqiqatda verilmiş materiallardan və əldə olunmuş nəticələrdən müasir dövrdə innovasiya və sahibkarlığın rəqabətqabiliyyətli iqtisadiyyatın formalaşdırılması məqsədi ilə problemlərin həlli üzrə kompleks və sistemli tədbirlərin, konseptual yanaşmaların hazırlanmasında istifadə oluna bilər.

Tədqiqatın nəticəsi - dünyada və Azərbaycanda innovasiya və sahibkarlıq perspektiv-ləri təhlil edilmiş, həyata keçiril­mə­li olan tədbirlər üzrə təkliflər verilmişdir.

Tədqiqatın orijinallığı və elmi yeniliyi - ondan ibarətdir ki, ölkələr arasında güclənən rəqabət mühitində dayanıqlılıq nümayiş etdirmək üçün məhsul, xidmət və istehsal üsullarını davamlı olaraq elm və texnologiyanın ən son nailiyyətlərinə əsaslanaraq dəyişdirilməsinin vacibliyi vurğulanmışdır. İqtisadi və ictimai fayda təmin edəcək yeni fikirləri, üsulları və məhsulları inkişaf etdirmək və bunların tətbiq edilməsi üzrə beynəlxalq təcrübə araşdırılmış və uğurlu təcrübələr göstərilmişdir.

Açar sözlər: sahibkarlıq, iqtisadi rəqabət, innovativ sahibkarlıq, iqtisadi inkişaf, inno-vativ inkişaf.

Fayl

PDF

Buraxılış

№4 - 2020

Müəllif

Zeynalov Anar Abbas oğlu