COVID-19: turizm sektorunda yaranmış problemlər və onların həlli yolları

Tədqiqatın məqsədi – koronavirusun yaratdığı pandemiyanın turizm sektoruna təsirini araşdırmaq, yaranan problemləri və mövcud inkişaf ssenariləri təhlil etmək

Tədqiqatın metodologiyası – tədqiqat işi müqayisəli təhlil, sistemli yanaşma, statistic təhlil, empirik yanaşmalar və məntiqi ümumiləşdirmə kimi tədqiqat üsulları əsasında yerinə yetirilmişdir.

Tədqiqatın tətbiqi əhəmiyyəti – alınmış analitik nəticələr əsasında Covid-19 turizm sahəsinə təsiri ümumiləşdirilmiş, turizm sektoru üçün yeni şəraitdə ciddi qaydaların tətbiqi əsaslandırılmışdır.

Tədqiqatın nəticələri – Virusun yaratdığı problemləri aradan qaldırmaq üçün sahədə bir sıra yeni səyahət qaydaları tətbiq olunmalıdır, bu qaydalar viza rejiminə, peyvəndlərə, sığortaya aid ola bilər. Fiziki məsafənin qorunması tələbi turizmin təşkilati formasını da dəyişə bilər, turizm şirkətləri kütləvi turizmdən fərdi və ya kiçik qruplarda səyahətlərə keç-məyə məcbur ola bilərlər.

Tədqiqatın orijinallığı və elmi yeniliyi – tədqiqat zamanı müəllif tərəfindən pande-miyanın turizm sektorunda yaratdığı problemlər ümumiləşdirilmiş, turizmin gələcək inkişafı üçün müxtəlif ssenarilər təhlil olunmuş, postpandemiya dövründə turizm şirkətləri üçün bir sıra təkliflər irəli sürülmüşdür

Açar sözlər: pandemiya, COVİD-19, turizm sektoru, ÜTT, böhran, sosial məsafə, peyvənd.

Fayl

PDF

Buraxılış

№4 - 2020

Müəllif

Hacıyeva Leyla Arif qızı