Tədqiqatın əsas məqsədi - xarici investisiya qoyuluşunun keçid iqtisadiyyatı şəraitində ümumi və özünəməxsus cəhətlərinin öyrənilməsi, bu əsasda xarici investisiyalar nəzəriyyəsinin dərinləşdirilməsidir.
Tədqiqatın metodologiyasını xarici investisiyaların sosial-iqtisadi təhlili nəzəriyyəsi və metodologiyası təşkil edir. İnvestisiyaların ölkəmizə cəlb edilməsi vəziyyəti statistik göstəricilərlə təhlil edilir, investisiya siyasətinin nəticəsi olaraq əldə edilən nailiyyətlər konkret rəqəmlərlə ifadə edilir.
Tədqiqatın tədbiqi əhəmiyyəti. Tədqiqat dövlət orqanlarına, habelə təsərrüfat subyektlərinə investisiya sferasında real vəziyyəti qiymətləndirməyə, istehsalın beynəl-miləlləşməsini təhlil etməyə, xarici investisiya qoyuluşunun fəallaşdırılması yollarını təsbit etməyə imkan verir.
Tədqiqatın nəticələri. Araşdırma nəticəsində investisiyaların iqtisadiyyatın inkişafına təsiri istiqamətləri araşdırılır, onun reallaşdırılmasına təsir göstərən amillər müəyyən edilir, ölkəmizdə investisiya siyasəti təhlil edilir və investisiyaların ölkə iqtisadiyyatında rolu araşdırılır.
Tədqiqatın orijinallığı və elmi yeniliyi. Tədqiqatda xarici investisiya qoyuluşunun formalaşma mənbələrinin ayrı ayrılıqda iqtisadi artıma təsirinin yeri və əhəmiyyəti tədqiq edilmişdir. Xarici investisiya qoyuluşunun mahiyyəti, formaları və istiqamətləri, iqtisadiyyatın inkişaf etdirilməsində onun rolu barədə aparılan nəzəri və metodoloji prinsipləri əsaslan-dırılmışdır.
Açar sözlər: investisiya, kapital hərəkəti, neft-qaz sektoru, iqtisadiyyat, xarici inves-tisiya, iqtisadi inkişaf.