İqtisadi artımın təmin olunmasında turizm sahəsinin rolu

Məqalədə müasir, qloballaşan dünyada iqtisadi artımın təmin olunmasında turizmin rolu mə­sələləri geniş şəkildə tədqiq olunmuşdur. Burada iqtisadi inkişafda mühüm rol oynayan ma­liyyə-investisiya  sahəsi tədqiq edilərək bu sahənin əsas istiqamətləri və təkmilləşdirilməsi yol­ları da nəzərdən keçirilmişdir.

Turizm sahəsi son illər ölkənin sosial siyasətinin strateji əhəmiyyətli istiqaməti kimi çıxış edir. Turizmin inkişafı milli ənənələrin və mədəniyyətlərin öyrənilməsinə, eləcə də dün­ya­ya təqdim olunmasına kömək edir. Turizmin bütün formalarının inkişafı əhalinin rifahının yük­səldilməsinə yönəlmiş sosial siyasətin  əsasıdır.

Məqalədə turizm sahəsi ölkənin iqtisadi potensialının ən mühüm tərkib  hissələrindən biri kimi nəzərdən keçirilir. Bu sahə Azərbaycan iqtisadiyyatının inkişafı üçün yeni inkişaf kon­sepsiyasının işlənib hazırlanmasında və həyata keçirilməsində fəal rol oynayır. Beləliklə, qeyri-neft sektorunda, o cümlədən sosial struktur sahələrində inkişaf  prosesləri güclənir. Tu­rizm infrastrukturunun inkişafı istiqamətində ölkə regionlarında yeni  mehmanxanalar, əy­ləncə mərkəzləri tikilir, yeni iş yerləri açılır ki, bu da məşğulluq məsələsinin uğurlu həllinə im­kan yaradır.

Məqalədə turizmin iqtisadiyyatda rolu ətraflı  izah edilmişdir. Eyni zamanda məqalədə turizm sektoruna dövlət büdcəsinin gəlir mənbələrindən biri kimi baxılır. Müəllif turizm sek­to­runda mövcud vəziyyəti konkret faktlarla təhlil edib və bu sahədə mövcud problemləri izah et­mişdir. Məqalədə  mövcud problemlərin həlli yolları araşdırılmış, Azərbaycan Res­publi­ka­sında turizm  sənayesinin inkişafı istiqamətində müəyyən təklif və tövsiyələr ve­ril­mişdir.

Açar sözlər: iqtisadi inkişaf, turizm, iqtisadi potensial, qeyri-neft sektoru, konsepsiya, in­frasturuktur.

Fayl

PDF

Buraxılış

№2 - 2019

Müəllif

Abbaszadə Mahir Tapdıq oğlu