Müasir maliyyə bazarlarının ticarət infrastrukturunun əsas inkişaf istiqamətləri: törəmə maliyyə alətləri üzrə ticarət

Tədqiqatın məqsədi – qlobal maliyyə bazarlarının müxtəlif modellərinin müqayisəsi ilə müasir maliyyə alətləri ilə ticarət infrastrukturunun problemləri və inkişaf meyllərinin təhlil edilməsidir. Tədqiqatda əsas diqqət törəmə maliyyə alətləri bazarı və onun inkişafına təsir edən amillərə həsr edilmişdir.

Tədqiqatın metodologiyası – tədqiqat işi müqayisəli təhlil, empirik yanaşmalar və məntiqi ümumiləşdirmə kimi tədqiqat üsulları əsasında yerinə yetirilmişdir. Tədqiqatı məhdudlaşdıran əsas iqtisadi səmərəliliyin qiymətləndirilməsi üçün riyazi modelləşdirmə üçün zəruri amil olan geniş statistik məlumat bazasının tələb edilməsidir.

Tədqiqatın tətbiqi əhəmiyyəti – alınmış analitik nəticələr əsasında maliyyə və əmtəə bazarları arasında sinerjinin və bu sahədə risklərin idarəedilməsi alətlərinin öyrənilməsidir. Tədqiqat dayanıqlı maliyyə bazarlarının qurulması və yeni maliyyə alətlərinin yaradılması vasitəsi ilə Azərbaycanda kapital əlçatanlılığının təmin edilməsi, alternativ maliyyələşmə mexanizmlərinin formalaşdırılması problemlərinin həlli məqsədləri üçün istifadə edilə bilər.

Tədqiqatın nəticələri – maliyyə alətləri ilə müasir ticarət infrastukturunun təşkili üzrə mövcud modellərin ümumiləşdirilməsi yolu ilə Azərbaycanda törəmə maliyyə alətlərinin ticarətinin təşkili perspektivlərinin öyrənilməsindən ibarətdir.

Tədqiqatın orijinallığı və elmi yeniliyi – araşdırma qlobal maliyyə bazarlarının infrastrukturunun təşkili problemlərinin ümumiləşdirilməsi, o cümlədən yerli bazarların təhlili yolu ilə Azərbaycan kapital bazarı üçün yeni ticarət infrastrukturu təqdim edir. Törəmə maliyyə alətlərinin yaradılması praktiki baxımdan, risklərin idarə edilməsi üzrə effektiv alətlərin təqdim edilməsi ilə yanaşı, alternativ maliyyələşdirmə həllərini də təklif edir.

Açar sözlər: maliyyə bazarları, birja, törəmə maliyyə alətləri, ticarət infrastrukturu, bazarın tənzimlənməsi, qloballaşma, innovasiya.

 

Fayl

PDF

Buraxılış

№3 - 2020

Müəllif

Namazov Vüqar Faiq oğlu