Rəqəmsal iqtisadiyyat şəraitində maliyyə risklərinin idarə edilməsi məsələləri

Tədqiqatın məqsədi - maliyyə risklərinin idarə edilməsinin nəzəri-metodoloji və prak­ti­ki məsələlərini tədqiq edib öyrənilməsi və maliyyə risklərinin səviyyəsinə təsir edən amil­lərin kompleks təhlili əsasında maliyyə risk-menecmentinin tsiklinin təkmilləşdirilməsi isti­qamətində elmi cəhətdən əsaslandırılmış təklif və tövsiyələr işləyib hazırlamaqdan iba­rət­dir. Bu məqsədə çatmaq üçün tədqiqatda aşağıdakı vəzifələr qarşıya qoyulmuş və həll edil­miş­dir:

- maliyyə risklərinin idarə edilməsinin təşkilinə konseptual nəzəri yanaşmaları tədqiq et­mək;

- risklərin eyniləşdirilməsi metodlarının araşdırılması;

- maliyyə risklərinin neytrallaşdırılması mexanizminin təkmilləşdirilməsinə dair təklif və tövsiyələr işləyib hazırlamaq;

- maliyyə risklərinin effektiv idarəetmə sistemini işləyib hazırlamaq.

Tədqiqatın metodologiyası - Tədqiqat prosesində sistemli yanaşma, ümumiləşdirmə və mü­qayisə, təhlil və sintez, qruplaşdırma, risklərin nominal və son hədd kəmiyyətlərinin müəy­yən edilməsi metodlarından istifadə edilmişdir.

Tədqiqatın tətbiqi əhəmiyyəti ondan ibarətdir ki, işlənib hazırlanmış müddəalar, tövsiyələr və nəticələr ölkənin sosial-iqtisadi və regional inkişafının formalaşdırılması zamanı ma­liyyə risklərin minimumlaşdırılmasının praktiki aləti kimi idarəetmə orqanları, eləcə də ba­zar strukturlarının müəssisələri tərəfindən istifadə oluna bilər.

Tədqiqatın nəticələri - maliyyə risklərinin idarə edilməsi mexanizminin təkmil­ləş­diril­mə­si istiqamətində əsaslandırılmış təklif və tövsiyyələrin hazırlanmasından ibarətdir.

Tədqiqatın orijinallığı və elmi yeniliyi.

- maliyyə risklərinin açıqlanmasına müasir yanaşmalar ümumiləşdirilmiş,  maliyyə risk­lə­rinin idarə edilməsi sisteminin elementləri aşkara çıxarılmışdır;

- risk şəraitində idarəetmə qərarlarının əsaslandırılması metodlarının nəzəri-metodoloji as­pekt­ləri müəyyənləşdirilmişdir;

- maliyyə risklərinin ayrı-ayrı növlərinin qiymətləndirilməsi və idarə edilməsi metod­la­rı­nın effektivliyi tədqiq edilmiş və əsaslandırılmışdır;

- maliyyə risklərinin neytrallaşdırılması mexanizmlərinin təkmilləşdirilməsinə dair tək­lif və tövsiyələr işlənib hazırlanmışdır;

- maliyyə risklərinin effektiv idarəetmə sistemi işlənib hazırlanmışdır.

 Açar sözlər: maliyyə riski, diversifikasiya, limitləmə, riskin sığortalanması, riskdən qaç­maq, riskə nəzarətin təşkili.

 

Fayl

PDF

Buraxılış

№3 - 2020

Müəllif

Abbasov Sərvər Alıcan oğlu