Dünya ölkələrində investisiya mühitinin formalaşması təcrübəsinin Azərbaycana tətbiqi məsələləri

Məqalədə dünya ölkələrində investisiya mühitinin formalaşması təcrübəsinin Azər­bay­cana tətbiqi məsələləri tədqiq olunmuşdur. Bu məqsədlə dünyada investisiya prob­lem­lərinə, in­vestisiya mühitinin formalaşması proseslərinə konseptual yanaşmalar araşdırılmışdır. İnves­ti­siya mühitinin təşkili ilə bağlı mexanizmlərin səmərəlilik məsələləri ba­xılmışdır. İnves­ti­si­ya­la­rın ölkə iqtisadiyyatının inkişafının dinamikliyində rolu əsas­lan­dı­rıl­mış və bununla bağlı prioritet fəaliyyət istiqamətləri təhlil olunmuşdur. İnvestisiyaların cəlbi məsələsi ilə bağlı əl­ve­rişli mühitin formalaşmasının vacibliyi bildirilmişdir. İnvestisiya mühitinin formalaşmasına təsir edən amillər sistemli şəkildə baxılmış və qiymətləndirilmişdir. Daxili və xarici in­ves­tisiyaların intensiv hərəkətinə və cəlbinə münbit şəraitin yaradılması problemlərinə toxunul­muş­dur.

Makro və mikro səviyyədə investisiya fəaliyyətinin səmərəli təşkili məsələləri diqqət mər­­kəzində saxlanılmışdır. İnvestisiya fəallığının gücləndirilməsi ilə bağlı milli qa­nun­ve­ri­ci­lik bazasının olmasının vacibliyi və qanunların işləkliyi məsələləri araşdırılmışdır. İn­ves­ti­si­ya­­lardan səmərəli istifadə olunması strategiyasının və iri investisiya layihələrinin hazır­lan­ma­sı­nın və reallaşdırılmasının vacibliyinə diqqət yönəldilmişdir. Dövlət strukturları ilə in­ves­ti­siya subyektləri arasında əmək­daşlığın səmərəli formalarının hazırlanması və real­laş­dı­rıl­ma­sı­nın vacibliyi bildirilmişdir. İnvestisiya siyasətinin və fəallığının ölkə ÜDM-nin di­na­mik ar­tı­mı­na, iqtisadi artıma təsiri, makroiqtisadi və makromaliyyə sabitliyinin təmin olun­ma­sında əhəmiyyəti vurğulanmışdır. İqtisadi inkişaf proseslərinin və milli iqtisadiyyatın strateji hə­də­flərinin reallaş­­dırılmasında investisiyaların rolu açıqlanmışdır. Ayrı-ayrı dünya öl­kələrində investisiyaların cəlbi və səmərəli istifadəsi üzrə dövlət tərəfindən göstərilən dəstək mexa­nizm­lə­rinin mahiyyəti və vəzifələri təhlil olunmuşdur. İnvestisiyalardan səmərəli istifadə olun­ma­sına imkan verən infrastrukturun formalaşdırılması, maliyyə və tarif siyasətinin tək­mil­ləş­di­ril­mə­si məsələlərinə baxılmışdır. İnvestisiyaların stimullaşdırılması məqsədilə tətbiq olu­nan  vergi və digər fiskal maliyyə mexa­nizmlərinin əhəmiyyətinə baxılmışdır.

Azər­bay­canda investisiya mühitinin formalaş­ma­sın­da dünya təcrübəsindən kompleks və sistemli şəkildə bəhrələnməyin vacibliyi əsas­lan­dı­rıl­mışdır. Dünya ölkələrində investisiya mühitinin formalaşması proseslərinin xüsusiyyətləri ümumiləşdirilməklə, bu istiqamətlərdə məsələlərə və problemlərə dair tövsiyələr hazırlanmış və təkliflər verilmişdir.

Açar sözlər: investisiya mühiti, investisiya mexanizmləri,  ölkənin investisiya mü­hitinin formalaşdırılması problemləri, investisiya mühitinin cəlbediciliyi məsələləri, dövlətin investisiya siyasəti, investisiya mühitinin xüsusiyyətləri, investisiya mühitinin cəlbediciliyinin artırılması problemləri.

Fayl

PDF

Buraxılış

№2 - 2019

Müəllif

Məmmədova Elnurə Bünyat qızı