Azərbaycanda yeyinti sənayesinin inkişafı və investisiyanın prioritet istiqamətləri

Tədqiqatın məqsədi - Azərbaycanda kənd təsərrüfatı və yeyinti sənayesi məhsullarının istehsalını artırmaq üçün bu sahələrin mövcud vəziyyəti, qarşılıqlı əlaqələri və investisiya qoyuluşunun prioritet istiqamətlərini araşdırmaqdan ibarətdir.

Tədqiqatın metodologiyası – “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsulla-rının  istehsalı və emalına dair Strateji Yol Xəritəsi”nə, “Azərbaycan Respublikasında sənaye-nin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”na, regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarına uyğun kənd təsərrüfatı və sənayenin inkişafı, investisiya qoyulu-şunun formalaşdırılması istiqamətlərinə uyğun iqtisadi-statistik üsullarla araşdırmalar, meto-doloji yanaşmalar aparılmışdır.

Tədqiqatın tətbiqi əhəmiyyəti - ondan ibarətdir ki, tədqiqat nəticələrindən, irəli sürü-lən təkliflərdən, kənd təsərrüfatı ilə yeyinti sənayesinin inkişafı, inteqrasiyası və investisiya qoyuluşu layihələrində  istifadə edilə bilər.

Tədqiqat nəticələri - statistik məlumatlar və mövcud vəziyyətin qiymətləndirilməsinə əsaslanır və kənd təsərrüfatı ilə yeyinti sənayesinin inkişafına birlikdə baxılması investisiya-laşdırılması nəticəsində nail olmaq olar.

Tədqiqatın orijinallığı və elmi yeniliyi - məqalədə kənd təsərrüfatının inkişafı ilə  ye-yinti sənayesinin inkişafına və investisiya qoyuluşuna birlikdə baxılır. Bu sahələrin inkişafına investisiya qoyuluşu, onların inteqrasiyası və ərzaq təminatı baxımından qiymət verilməsi əsaslandırılır. Mövcud ehtiyatlardan istifadə edilməsi üçün konkret faktlar əsasında investi-siya qoyuluşunun prioritet istiqamətləri müəyyənləşdirilir.

Açar sözlər: kənd təsərrüfatı istehsalı, yeyinti sənayesi, potensial ehtiyatlar, investisiya, prioritet istiqamətlər, infrastrukturlar.

Fayl

PDF

Buraxılış

№1 - 2020

Müəllif

Hüseynova Nigar Rəhman qızı