Tədqiqatın məqsədi. Bu gün dünyada klasterlər iqtisadiyyatın inkişaf etdirilməsi, onun rəqabətqabiliyyətinin yüksəldilməsi, ölkənin innovativ inkişaf relsinə keçirilməsində mühüm əhəmiyyət kəsb edir. Tədqiqatın məqsədi innovativ inkişafın mühüm aləti kimi klaster yanaş-manın metodoloji aspektlərini müəyyən etməkdən ibarətdir.
Tədqiqatın metodologiyası. Məqalədə iqtisadi təhlil obyekti kimi klasterin əsas xarak-teristikaları ümumiləşdirilir, iqtisadi klasterləşmə prosesinin həyata keçirilməsini təmin edən innovativ iqtisadiyyatın əsas istiqamətləri göstərilir, klaster sisteminin əsas elementlərinin xa-rakteristikası verilir, iqtisadi klasterləşmənin metodologiyasının formalaşması zəruriliyi göstə-rilir.
Tədqiqatın tətbiqi əhəmiyyəti. Klaster strategiyasına əksər ölkələrdə innovativ inkişa-fın vacib aləti kimi baxılır. Klaster yanaşması olduqca perspektivlidir. Klasterlərin formalaş-ması və inkişafı bütövlükdə ölkənin, eləcə də onun regionlarının rəqabətqabiliy-yətinin və effektivliyinin yüksəldilməsində mühüm amil kimi istifadə oluna bilər.
Tədqiqatın nəticələri. Bu iş Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişaf Fondunun maliyyə yardımı ilə yerinə yetirilmişdir – Qrant - № EİF BGM-3-BRFTF-2+ /2017-15/15/5.
Tədqiqatın orijinallığı və elmi yeniliyi. Məqalədə baxılan problemlərin həlli üzrə dünya təcrübəsindən çıxış etməklə müasir şəraitin tələblərinə uyğun yanaşmalar formalaş-dırılmışdır. Klasterlərin öyrənilməsində tədqiqatlar yerinə yetirilmiş və sistemləşdirilmişdir. Müasir dövrdə klaster yanaşmanın fərqli xüsusiyyətləri aşkar edilmişdir.
Açar sözlər: innovativ iqtisadiyyat, klaster, klaster yanaşması, klaster strategiyası, iqti-sadi klasterləşdirmənin metodologiyası.