Azərbaycanda vergi nəzarətinin təkmilləşdirilməsinin bəzi məsələləri

Müasir dövrdə vergi sferasında  dövlətin qarşısında duran mühüm vəzifələrdən biri ver­gi nəzarətinin təkmilləşdirilməsidir. Dayanıqlı və innovasiyalı inkişafın təmin edilməsi, daxili və xarici mühit amillərinin rolunun artdığı şəraitdə vergi inzibatçılığı, riskyönümlü ver­gi nə­za­rəti  vergi sisteminin səmərəliliyinin yüksəldilməsinin, fiskal və monetar stimul­laş­dır­ma­nın opti­­mallaşdırılmasının əsası kimi çıxış etməlidir. Başqa sözlə desək, mövcud problemlər döv­lət vergi orqanları və biznesin qarşılıqlı fəaliyyətinin səmərəli yollarının yaradılması, vergi­lə­rin büdcəyə vaxtında daxilolması hesabına büdcə-vergi sisteminin optimal­laşdırılması və ni­zam­lan­mayan məcmu borcların həcminin azaldılması üçün vergi nə­za­rəti təcrübəsində yeni ya­na­şmaların inkişafının zəruriliyini şərtləndirir. Son dövrlərdə Azərbaycanın vergi sis­te­mində struktur və kadr islahatlarının aparılmasına, inzibatçılıqda yeni prinsiplərin tətbiq edil­mə­sinə, qanunvericiliyin təkmilləş­diril­məsinə, müasir innovativ tex­no­lo­giyaların tətbiq olun­ma­sına, şəffaflığın təmin edilməsinə, vergi­­ ödəyiciləri ilə vergi orqanları arasında qarşılıqlı eti­madın yüksəldilməsinə və s. diqqətin artırıl­ması və bu istiqamətlərdə təşəbbüslərin gös­tə­ril­məsi heç də təsadüfi deyildir.

Məqalədə dünya təcrübəsində geniş tətbiq edilən vergi nəzarət sisteminin mühüm ün­sü­rü olan üfüqi monitorinqdən istifadənin imkanları araşdırılır, risk yönümlü yanaşma əsasında ver­gi auditinin təşkili və aparılmasının xüsusiyyətləri verilir. Eyni zamanda mə­qa­lə­də vergi ödə­yiciləri ilə qarşılıqlı fəaliyyətin sosial və maddi vasitələrini yaradan məsafədən təh­lilin, yəni üfüqi monitorinqin tətbiqinin vergi pozuntularının və cinayətlərinin vaxtında aşkar edil­mə­si üzrə bir sıra prosedurların azaldılmasına, həmçinin maliyyə sisteminin qlo­bal­laş­dığı müa­sir şəraitdə vergi hü­quq­­­pozmaları ola bilən əsas zonalarının neytrallaşdırmasına imkan ve­rəcəyi əsaslandırılır.

Acar sözlər: vergi siyasəti, vergi, audit, daxili nəzarət, inkişaf, səmərəlilik, təkmil­ləş­dirmə, risk yönümlü vergi nəzarəti, riskli vergi ödəyicisi.

Fayl

PDF

Buraxılış

№2 - 2019

Müəllif

Musayev Eldar Mərdan oğlu