AQRAR SAHƏDƏ İNNOVASİYANIN İNKİŞAFININ MALİYYƏ TƏMİNATINDA BEYNƏLXALQ TƏCRÜBƏ VƏ AZƏRBAYCAN ÜÇÜN TƏTBİQ İMKANLARI

X ​Ü L A S Ə

Tədqiqatın məqsədi – aqrar sahədə innovasiyaların maliyyə təminatının beynəlxalq modellər əsasında analitik qiymətləndirilməsi və bu təcrübənin Azərbaycan üçün tətbiq imkanlarının müəyyən edilməsidir.

Tədqiqatın metodologiyası – tədqiqatda müqayisəli təhlil, struktur-funksional yanaşma, statistik məlumatların analizi və elmi ədəbiyyatın sistemləşdirilməsi metodlarından istifadə edilmişdir.

Tədqiqatın tətbiqi əhəmiyyəti – əldə olunan nəticələr aqrar innovasiyaların maliyyələşdirilməsi sahəsində dövlət proqramlarının təkmilləşdirilməsi, subsidiya və güzəştli kredit mexanizmlərinin optimallaşdırılması, eləcə də strateji iqtisadi qərarların qəbulunda istifadə oluna bilər.

Tədqiqatın nəticələri – müəyyən edilmişdir ki, Azərbaycanda aqrar innovasiyaların maliyyə təminatında dövlət maliyyə resursları üstünlük təşkil edir, lakin uzunmüddətli və dayanıqlı innovativ inkişaf üçün özəl investisiyaların və bazaryönümlü maliyyə alətlərinin payının artırılması zəruridir.

Tədqiqatın orijinallığı və elmi yeniliyi – məqalədə aqrar innovasiyaların maliyyələşdirilməsi beynəlxalq təcrübə əsasında sistemli müqayisəli təhlil edilmiş, Azərbaycan üçün adaptasiya edilə bilən innovasiyayönümlü maliyyə mexanizmləri elmi əsaslarla təklif olunmuşdur.

Açar sözlər: aqrar innovasiyalar, maliyyə təminatı, subsidiya mexanizmləri, dövlət–özəl tərəfdaşlığı, beynəlxalq təcrübə. 

https://doi.org/10.30546/2707-2037.052.2.2026.124

Fayl

PDF

Buraxılış

№2 - 2026

Müəllif

Qurbanov Aqil Abid oğlu