LOGİSTİKA XİDMƏTİ MƏRKƏZLƏRİNDƏ GƏLİR VƏ XƏRCLƏR ÜZRƏ İDARƏETMƏ UÇOTUNUN TƏKMİLLƏŞDİRİLMƏSİ İSTİQAMƏTLƏRİ

X Ü L A S Ə

Tədqiqatın məqsədi - logistika xidməti mərkəzlərində gəlir və xərclərin idarəetmə uçotunun təşkilinin təkmilləşdirilməsi mexanizmlərini elmi-metodoloji baxımdan əsaslandırmaqdır.

Tədqiqatın metodologiyası - tədqiqatda sistemli yanaşma, müqayisəli təhlil, ümumiləşdirmə, məsuliyyət mərkəzləri üzrə xərc bölgüsü, büdcələşdirmə və fəaliyyət əsaslı xərclərin hesablanması metodlarının analitik imkanlarından istifadə olunur.

Tədqiqatın tətbiqi əhəmiyyəti - logistika xidmətləri üzrə gəlirlərin, birbaşa və dolayı xərclərin, anbarlama, daşıma, ekspedisiya, gömrük və əlavə xidmət əməliyyatlarının daha dəqiq uçota alınması idarəetmə qərarlarının keyfiyyətini yüksəldə bilər.

Tədqiqatın nəticələri - logistika xidməti mərkəzlərində ənənəvi xərc uçotu çoxfunksiyalı xidmət proseslərinin real xərc strukturunu tam əks etdirmir və bu səbəbdən idarəetmə uçotunun məsuliyyət mərkəzləri, büdcələşdirmə və fəaliyyət əsaslı xərc hesablaması əsasında qurulması zəruridir. Bu yanaşma gəlir və xərclərin xidmət növləri üzrə daha dəqiq izlənilməsinə, resurslardan istifadənin səmərəliliyinin qiymətləndirilməsinə və rəqəmsal uçot sistemləri vasitəsilə daha əsaslandırılmış idarəetmə qərarlarının qəbuluna imkan yaradır.

Tədqiqatın orijinallığı və elmi yeniliyi - logistika xidməti mərkəzlərində gəlir və xərclərin uçotunun yalnız maliyyə hesabatlılığı deyil, həm də operativ idarəetmə, rentabellik təhlili və strateji qərarvermə aləti kimi təqdim edilməsindədir. Elmi yenilik isə logistika xidmətləri üzrə uçot-informasiya sisteminin məsuliyyət, fəaliyyət və rəqəmsallaşma prinsipləri əsasında təkmilləşdirilməsi modelinin əsaslandırılması ilə bağlıdır.

Açar sözlər: idarəetmə uçotu, logistika xidmətləri, gəlir uçotu, xərclərin uçotu, büdcələşdirmə, logistika xərcləri.

https://doi.org/10.30546/2707-2037.052.2.2026.119

Fayl

PDF

Buraxılış

№2 - 2026

Müəllif

Yusifov Məhəmməd Cəlaləddin oğlu