X Ü L A S Ə
Tədqiqatın məqsədi - nəqliyyat sahəsində rəqəmsal texnologiyaların tətbiqinin idarə edilmə mexanizmlərini araşdırmaq, mövcud problemləri müəyyənləşdirmək və gələcək inkişaf istiqamətləri ilə bağlı elmi əsaslandırılmış təkliflər irəli sürməkdir.
Tədqiqatın metodologiyası - tədqiqat işində analiz və sintez metodlarından istifadə edilmişdir.
Tədqiqatın tətbiqi əhəmiyyəti - rəqəmsal texnologiyaların nəqliyyat sektorunda idarə olunması xidmətlərin səmərəliliyini artırmaqla yanaşı, ölkənin tranzit və logistika imkanlarını gücləndirir. Müxtəlif ölkələrin müsbət təcrübəsinə əsaslanaraq, rəqəmsallaşdırılmış idarəetmə mexanizmlərindən geniş istifadə edilməsi nəqliyyatda şəffaflığın təmin olunmasına, xidmət keyfiyyətinin yüksəldilməsinə, beynəlxalq bazarlarda rəqabət qabiliyyətinin artırılmasına və iqtisadi artım tempinin sürətlənməsinə mühüm təsir göstərir.
Tədqiqatın nəticələri - aparılan araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, ölkədə nəqliyyat sistemlərinin davamlı inkişafı üçün rəqəmsal texnologiyaların idarə edilməsini əhatə edən müasir yanaşmaların tətbiqi, intellektual nəqliyyat sistemlərinin qurulması, elektron inteqrasiya platformalarının yaradılması və süni intellekt əsaslı qərar dəstək mexanizmlərinin işlənməsi istiqamətində tövsiyə xarakterli təkliflər irəli sürülmüşdür.
Tədqiqatın orijinallığı və elmi yeniliyi - nəqliyyatda rəqəmsal texnologiyaların idarə olunmasının yalnız texniki deyil, həm də institusional və tənzimləyici aspektlərinin təhlil edilməsi ilə fərqlənir. Elmi yenilik ondan ibarətdir ki, dövlət tərəfindən rəqəmsal idarəetmə mühitinin formalaşdırılmasını stimullaşdıracaq tənzimləmə tədbirlərinin sürətləndirilməsi vacib məsələlərdən biri kimi irəli sürülür və bu yanaşma ölkə nəqliyyatında rəqəmsallaşmanın strateji inkişaf prioriteti kimi təqdim olunur.
Açar sözlər: rəqəmsallaşma, nəqliyyat sektoru, intellektual nəqliyyat sistemləri, süni intellekt, ekoloji dayanıqlılıq, dövlət siyasəti.