BƏRPA OLUNAN ENERJİ MƏNBƏLƏRİ TEXNOLOGİYALARININ TƏTBİQİNİN İQTİSADİ VƏ TEXNOLOJİ PERSPEKTİVLƏRİ

X Ü L A S Ə

Tədqiqatın məqsədi – alternativ energetika sahəsində müasir texnologiyaların tətbiqi üzrə mövcud tendensiyaları müəyyənləşdirmək, bərpa olunan enerji mənbələrinin texnoloji inkişaf səviyyəsini təhlil etmək və onların qlobal miqyasda inkişaf perspektivlərini qiymət­ləndirməkdən ibarətdir.

Tədqiqatın metodologiyası – tədqiqat prosesində müqayisəli təhlil, statistik məlumat­la­rın təhlili, təsnifat və ümumiləşdirmə metodlarından istifadə olunmuşdur. Müxtəlif bərpa olunan enerji mənbələri tətbiq miqyası, texnoloji xüsusiyyətləri və potensial imkanlarına görə sistemləşdirilmişdir.

Tədqiqatın tətbiqi əhəmiyyəti – tədqiqat nəticələri alternativ enerji layihələrinin hazır­lanması, investisiya qərarlarının əsaslandırılması, enerji siyasətinin formalaşdırılması, həmçi­nin bərpa olunan energetika sahəsində aparılan elmi tədqiqatlarda praktik və analitik material kimi istifadə oluna bilər.

Tədqiqatın nəticələri – bərpa olunan enerji mənbələrinin əsas növləri üzrə dünya baza­rın­dakı mövcud vəziyyət qiymətləndirilmiş, onların ənənəvi faydalı qazıntılarla müqayisədə kommersiya rəqabət qabiliyyəti ümumi şəkildə təhlil edilmiş və alternativ enerji texnologi­ya­la­rının inkişaf perspektivləri müəyyənləşdirilmişdir.

Tədqiqatın orijinallığı və elmi yeniliyi – alternativ enerji mənbələrinin texnoloji inki­şaf səviyyəsinin və bazar rəqabət qabiliyyətinin kompleks şəkildə təhlil olunmasında, həmçi­nin bərpa olunan enerji mənbələrinin tətbiq xüsusiyyətləri və potensialına görə sistemləşdiril­miş yanaşmanın təqdim edilməsində ifadə olunur.

Açar sözlər: alternativ energetika, külək enerjisi, günəş enerjisi, hidroenergetika.

http://doi.org/10.59610/bbu1.2026.1.7.

Fayl

PDF

Buraxılış

№1 - 2026

Müəllif

Mirzai Cabir Cəbrayıl oğlu