AQRAR SEKTORDA İSTEHSALIN SƏMƏRƏLİLİYİ VƏ XARİCİ TİCARƏTİN İNKİŞAFININ QARŞILIQLI TƏSİR İMKANLARI

X Ü L A S Ə

 

Tədqiqatın məqsədi – aqrar sektorda istehsalın səmərəliliyi ilə sahə məhsullarının xarici ticarət göstəriciləri arasındakı qarşılıqlı asılılığı müəyyən etmək, xarici ticarətdə formalaşan əl­verişsiz təsirlərin sosial-iqtisadi nəticələrini təhlil etmək və bu istiqamətdə səmərəli iqtisadi siya­sə­tin formalaşdırılması üçün elmi əsaslandırılmış təkliflər irəli sürməkdən ibarətdir.

Tədqiqatın metodologiyası – məqalənin hazırlanmasında aqrar sahədə istehsalın səmə­rəlilik göstəricilərinin seçilməsinə dair metodoloji yanaşmalardan, aqrar məhsulların xarici tica­rətinin tənzimlənməsinin əhəmiyyəti ilə bağlı nəzəri müddəalardan, həmçinin statistik təhlil, qrafik təsvir, ümumiləşdirmə və məntiqi mühakimə metodlarından istifadə edilmişdir.

Tədqiqatın tətbiqi əhəmiyyəti – xarici ticarətin aqrar sahənin inkişafına təsir imkanlarının müəyyənləşdirilməsi, istehsalın səmərəlilik göstəricilərinin mövcud vəziyyətinin qiymətləndiril­məsi, bu göstəricilərin yüksəldilməsi ilə bağlı problemlərin aşkara çıxarılması, sosial-iqtisadi şərtlərin təhlili və aqrar məhsulların xarici ticarətinin tənzimlənməsi üzrə prioritet istiqamətlərin müəyyənləşdirilməsi ilə bağlıdır.

Tədqiqatın nəticələri – aqrar məhsulların xarici ticarətində idxal və ixrac arasındakı fərq göstəricilərinin dinamikası, qiymət və struktur xüsusiyyətləri, kənd təsərrüfatı istehsalında renta­bel­lik göstəricilərinin istehsal amilləri üzrə müqayisəli təhlili əsasında formalaşan əsas problem­lərin müəyyənləşdirilməsi və onların həlli istiqamətlərinin təqdim olunmasından ibarətdir.

Tədqiqatın orijinallığı və elmi yeniliyi – aqrar məhsulların xarici ticarətinin mövcud və­ziy­yətinə təsir edən amillərin istehsal və satış səmərəliliyi göstəriciləri əsasında sistemli şəkildə qiymətləndirilməsi, eləcə də idxaldan asılılığın azaldılması və ixrac göstəricilərinin yaxşılaşdırıl­ması istiqamətində yeni elmi əsaslandırılmış yanaşmaların irəli sürülməsi ilə müəyyən edilir.

Açar sözlər: aqrar sektor, istehsal səmərəliliyi, xarici ticarət, rentabellik, maya dəyəri, qiy­mət.

http://doi.org/10.59610/bbu4.2025.4.12

Fayl

PDF

Buraxılış

№4 - 2025

Müəllif

Məmmədov Mülkəddin Rövşən oğlu