AZƏRBAYCANDA MƏŞĞULLUQ VƏ ƏHALİ GƏLİRLƏRİNİN FORMALAŞMASI ÜZRƏ MÖVCUD VƏZİYYƏTİN TƏHLİLİ VƏ QİYMƏTLƏNDİRİLMƏSİ

X Ü L A S Ə

 

Tədqiqatın məqsədi - Azərbaycanda məşğulluq və əhali gəlirlərinin formalaşmasının hazırkı vəziyyətini, bu sahədəki dəyişiklikləri, məşğulluq bazarına təsir edən amilləri, xüsusilə rəqəmsallaşmanın və qeyri-neft sektorunun rolunu öyrənməklə yanaşı, əhali gəlirlərinin struk­turu, sosial müdafiə proqramları və onların gəlir bərabərsizliyinə təsirini araşdırmaq və iqtisadi inkişaf perspektivlərini təhlil etməkdir.

Tədqiqatın metodologiyasına - Dövlət Statistika Komitəsinin və digər dövlət qurumla­rının illik statistik göstəriciləri əsasında əhalinin məşğulluq səviyyəsi, yoxsulluq həddi və sosial yardım proqramlarının nəticələri haqqında məlumatların təhlili üzrə müvafiq analizlərin apa­rılması daxildir.

Tədqiqatın tətbiqi əhəmiyyəti - Azərbaycanda məşğulluq və gəlir formalaşmasının da­ya­nıqlı və uzunmüddətli inkişafının təmin edilməsi üzrə təklifləri özündə cəmləşdirir. Rəqəm­sallaş­ma­nın və qeyri-neft sektorunun genişlənməsi iqtisadi səmərəliliyin artırılmasına böyük töhfə verə bilər.

Tədqiqatın nəticələrinə - regional və yerli inkişafın, həmçinin müvafiq ərazilər üzrə məş­ğul­luq imkanlarının bərabər bölüşdürülməsini təmin edən siyasətlərin təkmilləşdiril­məsi üzrə tövsiyyələrin müəyyən edilməsi daxildir.

Tədqiqatın orijinallığı və elmi yeniliyi - Azərbaycanda məşğulluq və əhali gəlirlərinin for­malaşmasının rəqəmsal iqtisadiyyat, qeyri-neft sektoru və sosial təminat sistemləri ilə əlaqə­ləndirilməsindədir.

Açar sözlər: məşğulluq, işsizlik, əhali gəlir­ləri, əhalinin sosial-iqtisadi vəziyyəti.

http://doi.org/10.59610/bbu4.2025.4.8

Fayl

PDF

Buraxılış

№4 - 2025

Müəllif

Məmmədova Aygün Zülfiqar qızı