DAYANIQLI İNKİŞAF MƏQSƏDLƏRİ KONTEKSTİNDƏ YAŞIL LOGİSTİKA VƏ TƏCHİZAT ZƏNCİRLƏRİNİN İDARƏ EDİLMƏSİNİN TƏKMİLLƏŞDİRİLMƏSİ

X Ü L A S Ə

 

Tədqiqatın məqsədi - dayanıqlı inkişaf məqsədləri kontekstində yaşıl logistika və təchizat zəncirlərinin idarə edilməsinin nəzəri-metodoloji əsaslarını müəyyənləşdirmək, beynəlxalq təcrübələri təhlil etmək və tətbiq imkanlarını qiymətləndirməkdir.

Tədqiqatın metodologiyası - sistemli yanaşma, müqayisəli analiz, elmi ədəbiyyatın sintetik icmalı, faktiki nümunələrin empirik təhlili və konseptual ümumiləşdirməyə əsaslanır.

Tədqiqatın tətbiqi əhəmiyyəti - müəssisələrdə logistika və təchizat zənciri proseslərinin optimallaşdırılması, ekoloji təsirlərin azaldılması, rəqabət qabiliyyətinin artırılması və dövlət siyasətində yaşıl inkişaf strategiyalarının dəstəklənməsinə xidmət edir.

Tədqiqatın nəticələri - yaşıl logistikanın nəqliyyat, anbarlama, qablaşdırma və geri dönüş proseslərinə inteqrasiyası əməliyyat xərclərinin azaldılmasına, karbon emissiyalarının minimuma endirilməsinə və sosial-ekoloji məsuliyyətin güclənməsinə səbəb olur.

Tədqiqatın orijinallığı və elmi yeniliyi - yaşıl logistikanın strateji inkişaf istiqamətlərinin ilk dəfə dayanıqlı inkişaf məqsədləri ilə sistemli şəkildə uzlaşdırılması və logistika idarəçiliyi üçün analitik çərçivə modelinin formalaşdırılması ilə xarakterizə olunur.

Açar sözlər: yaşıl logistika, təchizat zənciri, dayanıqlı inkişaf, rəqəmsal texnologiyalar, ekoloji idarəetmə, dekarbonizasiya, innovasiya.

http://doi.org/10.59610/bbu4.2025.4.7

Fayl

PDF

Buraxılış

№4 - 2025

Müəllif

Yusifov Məhəmməd Cəlaləddin oğlu