KRİPTOVALYUTALARIN İNNOVATİV MALİYYƏ STRATEGİYALARINA TƏSİRİNİN QİYMƏTLƏNDİRİLMƏSİ

X Ü L A S Ə

 

Tədqiqatın məqsədi - kriptovalyutaların (Bitcoin, Ethereum, stablecoinlər və s.) innovativ maliyyə strategiyalarında oynadığı rolu müəyyənləşdirmək, onların ənənəvi maliyyə sistemlərinə inteqrasiya imkanlarını və risklərini təhlil etməkdir. Tədqiqat həm nəzəri, həm də praktiki səviyyədə kripto bazarının maliyyə qərarlarına, kapital idarəçiliyinə və investisiya modellərinə təsirini ortaya qoyur.

Tədqiqatın metodologiyası - tədqiqatda analitik və müqayisəli metodlardan istifadə olunmuşdur. Məlumat bazası kimi beynəlxalq maliyyə təşkilatlarının (IMF, World Bank), kripto bazarlarının (CoinMarketCap, Binance Research) və yerli maliyyə orqanlarının rəsmi hesabatları təhlil edilmişdir. Statistik göstəricilərin təhlili, qrafik modelləşdirmə və elmi ədəbiyyatların sintezi tədqiqatın əsas metodoloji dayağını təşkil etmişdir.

Tədqiqatın tətbiqi əhəmiyyəti - araşdırmanın nəticələri dövlət maliyyə siyasətinin rəqəm­sallaşması, kripto aktivlərin hüquqi tənzimlənməsi və innovativ investisiya strategiyalarının for­malaşdırılması sahəsində praktik tövsiyələrin hazırlanmasında istifadə oluna bilər. Bu həmçinin maliyyə institutları, startaplar və investorlar üçün risklərin idarə edilməsi və gəlirliliyin artı­rıl­ması baxımından əhəmiyyət kəsb edir.

Tədqiqatın nəticələri - tədqiqat nəticəsində müəyyən olunmuşdur ki, kriptovalyutalar maliyyə bazarlarında likvidlik mənbəyi kimi çıxış etməklə yanaşı, rəqəmsal transformasiyanın əsas hərəkətverici qüvvəsinə çevrilmişdir. Onların tətbiqi nəticəsində kapital axınlarının sürəti artır, əməliyyat xərcləri azalır və maliyyə inklüzivliyi genişlənir. Lakin eyni zamanda qiymət dəyişkənliyi və normativ tənzimləmə problemləri sistem sabitliyinə təsir edən əsas risk amilləridir.

Tədqiqatın orijinallığı və elmi yeniliyi - bu tədqiqat kriptovalyutaların yalnız alternativ ödəniş vasitəsi kimi deyil, həm də innovativ maliyyə strategiyalarının formalaşmasında strateji alət kimi rolu baxımından kompleks şəkildə araşdırılması ilə fərqlənir. Əldə edilən nəticələr milli maliyyə sistemlərinin rəqəmsal adaptasiyası üçün yeni elmi istiqamətlərin müəyyən edilməsinə imkan yaradır.

Açar sözlər: kriptovalyuta, innovativ maliyyə strategiyaları, rəqəmsal iqtisadiyyat, blockçeyn texnologiyası, maliyyə innovasiyaları, rəqəmsal transformasiya, smart müqavilələr.

http://doi.org/10.59610/bbu4.2025.4.5

Fayl

PDF

Buraxılış

№4 - 2025

Müəllif

Əmiraslanova Dilarə Əmiraslan qızı